Kubada qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Yanvar ayında Kubada baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən "Nuevo Herald" portalı məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət zamanı bir neçə yerindən xəsarət alaraq xəstəxanaya yerləşdirilən, orada iki dəfə əməliyyat olunan 41 yaşlı qadın həkimlərin səylərinə baxmayaraq, fevralın 14-də dünyasını dəyişib.

Bundan əvvəl ölənlərin sayı 6 nəfər idi.

Təbii fəlakət nəticəsində təqribən 200 nəfər xəsaət alıb, 1,2 midən çox bina qismən və ya tam dağılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar