Donbasda döyüşən azərbaycanlı əsir düşdü – VİDEO

Dərc olunub: 17/02/2019 - 18:29

6454d129aef2f13c262bae806a9e3d29Donbas separatçılarının tərəfində döyüşən Elvin Seyidov adlı Azərbaycan vətəndaşı əsir düşüb. Axar.az xəbər verir ki, bu barədə UA_NATO_USA Tvitter səhifəsi məlumat yayıb.

Seyidov dindirilmə zamanı Donbasda nə üçün döyüşdüyünü açıqlayıb. Azərbaycanlının sözlərinə görə, ona Rusiya pasportu söz veriblər. Çünki o, Rusiyaya tez-tez işləməyə gedib və ona pasportsuz çox çətin idi.

Seyidov bildirib ki, Ukraynaya təkcə pasporta görə deyil, həm də pul qazanmaq üçün yollanıb. Separatçılar ona döyüşlərdə özünü yaxşı göstərəcəyi təqdirdə həftədə 1250 qrivna maaş da vəd veriblər.

O, bir aya yaxın separatçıların tərəfində pulsuz vuruşub. İlk maaşını almağa bir neçə gün qalmış isə Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.










loading...


Fikrinizi bildirin