POLİS RƏİSİNİN OBYEKTİNDƏ QANUNSUZ YOL NİŞANI - Foto

Bakının “Şamaxinka” kimi tanınan ərazidə qanunsuz yol nişanının quraşdırılması ilə bağlı tədbir görülüb.Publika.az xəbər verir ki, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən “Tantuni köz dönər” kimi tanınan obyektin sahibi qanunsuz parkinq nişanı quraşdırdığı üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb. Obyektin inzibatçısı Ziyafət Murtuza oğlu Mikayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən 400 manat məbləğində cərimələnib. Həmçinin qanunsuz quraşdırılmış nişan ərazidən götürülüb.

Bildirilir ki, qanunsuz parkinq nişanı quraşdırmış obyektin sahibi bir vaxtlar Bakının məşhur polis rəislərindən olan Məmməd Mikayılovdur. O, Suraxanı, Xətai, Nəsimi rayonlarının polis rəisi olub, eləcə də İnterpolun Bakı bürosuna rəhbərlik edib. Obyektin inzibatçısı dı M.Mikayılovun yaxın qohumudur.

635x100

Şərhlər

G M 2019-02-17 15:20:11

``Bravo`` Marketlərin önündə də istədiyin qədər avtomobil saxlasan..yolubağlasan da bir söz demirlər

azad 2019-02-17 15:20:11

Artiq ish o yere chatib ki, mehellelerde(misal uchun,elmler AK. METROSUNUN yaxinligindaki-rebus dukanin arxasinda) qanunsuz stoyanshik-dilenchiler emele gelib.

azad 2019-02-17 15:20:11

Demek olar ki,hech bir obyektin qabaginda dayanacaq yoxdur, eger varsada bir chorek almaq uchun stoyanshike 50 qepik odemelisen,sonrada choreye 50 qepik,Bir chorek 1 manata basha gelir.Stoyanka yoxdursa,dyp shtraf yazir.Biabirchiliqdi. Normal olkede her mueyyen yaxin mesafeden bir pulsuz dayanacaqlar var,Bizde ise,peshmansan mashinla chixasan,eyleci basam imi ,bir stoyanshik(dilenci)peyda olur bashinin ustunde.Bu sheher meriyasi niye bele zavallidir ki.bu meseleleri(dayanacaqlari)hell ede bilmir?

Son yazılar