"Çeçenlər bizim qardaşlarımızdır" - Zabit Səmədov

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirib.

Oxu.az-ın məlumatına görə, Zabit Səmədov bu barədə öz Instagram səhifəsində yazıb.

“Bizim əcdadlarımızın keçdikləri yol Qafqaz xalqları üçün igidlik nümunəsidir. Bizi həmişə hörmət etməyi, eləcədə din qardaşlarımıza və Qafqaz ərazisində yaşayan qardaşlarımıza kömək etməyi öyrədiblər

Bu gün biz Azərbaycan və Çeçen xalqları arasında ikitərəfli səmimi münasibətləri görürük, bu, bizim əcdadlarımızın münasibətlərinin nəsildən nəsilə davamıdır.

Qürur hissi ilə deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır, və Çeçenistanda da mənim xalqım haqda eyni fikirləri səsləndirilər”, - deyə o bildirib.

Zabit Səmədov əminliyini vurğulayıb ki, azərbaycanlılar və çeçenlər qardaş xalqların münasibətlərini korlamağa cəhd edənlərin toruna düşməyəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar