RÜSTƏM İBRAHİMBƏYOV BAKIDA - Dostlarla qeyd edilən 80 illik yubiley + FOTOLAR

Tanınmış ziyalı, kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyini keçirmək üçün Bakıya gəlib.

Strateq.az xəbər verir ki, bu barədə rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında bildirib.

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.

Q.Məhərrəmli Strateq.az-a açıqlamasında R.İbrahimbəyovun Bakıya döndüyünü təsdiqləyib.

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

4

635x100

Şərhlər

-- 2019-02-17 20:28:07

Düzgün haldır. Görünür ki, Azərbaycanda tolerantlıq var.

Abdulqadir 2019-02-17 20:28:07

,,Tamadasiz,, dogum günü sönük kechib yaqin.

Azərbaycan vətəndaşı 2019-02-17 20:28:07

Tanıdığınız adam haqqın da mənfi fikir söyləyin.O ki,qaldı Qfqaz Üçlüyü filminə,ona yaxşı baxmaq və ondan sonra fikir bildirmək lazımdır.

Babək 2019-02-17 20:28:07

Bu ermənipərəsdir.

Zaur 2019-02-17 20:28:07

Qəti qorxusu yoxdu, ona görə icazə veriblər gəlməyinə.

Sus 2019-02-17 20:28:07

Yaqin Rüstəm YAP=a üzv olmaq üçün gəlib.Yaqin fikirləşib ki, baxıram ... kitablarına,Azərbaycan "ziyalılığından" geridə qalmamaq üçün. O şəkildə görünənlərə ziyalı yox, ziyankar deyərdim...

xalg araz kur gara gizil 2019-02-17 20:28:07

mewedi ibadin intligentler meclisi yadima duwdu baw dolu cib bow

T.ədalət 2019-02-17 20:28:07

Rusiyaya xidmet edenlerin qarşısına sədd çekmek çetindir.arada düzmece müxalifet kimi bir oyun oynadı.Zaten yaratdığı obrazların biri olmağa çalışdı..

Köhnə azərbaycanlı 2019-02-17 20:28:07

Məncə bu gəliş bir barış simvoludur.Sonda hamımız bir xalqın övladlarıyıq və bir olmalıyıq.Mən deyərdim ki bizim ən böyük dostumuz da düşmənimiz də özümüzük.Umu-küsü ola bilər ancaq son barışıq olmalıdır.

miri 2019-02-17 20:28:07

Rüstəm bəy xalqımızın dəyərli Ziyalılarından biridir. Xoş gəldiniz Vətənə. Yubileyiniz də mübarək və xalqımıza qüsurlu olsun. İnşəallah.

O.B.N 2019-02-17 20:28:07

Orda əyləşənlərdən ,badə qaldırvnlardan soruşardım,,qafqaz üçlüyü,,filminin müəlifi kimdir?Və bu filmdə hansı millət təhqir olunur?

Adil 2019-02-17 20:28:07

Hebs olunacaq

Dr.AGAOGLU 2019-02-17 20:28:07

TƏBRİKLƏR,YENİ-YENİ YARADICILIQ UĞURLARI.

yusif 2019-02-17 20:28:07

Kerimlinin rustemi-gor kimlerle seckuye gediediler

Son yazılar