“İranla İsrail arasında müharibə riski böyükdür” - Cavad Zərif

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ və İsrailin hərəkətlərinin Yaxın Şərqdə müharibəyə gətirib çıxaracağını bildirib. Musavat.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, o bu barədə Münhendə keçirilən Təhlükəsizlik üzrə konfransda bəyan edib.

İranın baş diplomatı İsraili Suriyadakı bombardmanlarla beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. Bundan başqa o , Avropanı olanlara biganə qalmaqda suçlayıb.

“Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yumulmağa davam edilsə risk daha da böyüyüəcək”,-deyə iranlı nazir xəbərdarlıq edib.

Cavad Zərif ABŞ-ın İsraillə eyni şəkildə davranmaqla beynəlxalq hüququ pozduğu düşüncəsində olduğunu bildirib.

Xarici işlər naziri İranın 2015-ci ildə imzalanan nüvə sazişinə sadiq qaldığını, lakin Fransa, Böyük Britaniya və Almaniyanın rəsmi Tehranın bu müqavilədən iqtisadi fayda görməsi üçün az iş gördüyünü söyləyib.

Xatırladaq ki, bu ilin yanvarın 21-də İsrailin Kəşfiyyat və nəqliyyat naziri İsrael Kats ölkəsinin İranla açıq qarşıdurmaya girdiyini və rəsmi Tehranın Suriyada möhkəmlənməsi durumunda münaqişəni dərinləşdirməyə hazır olduğunu deyib.

İ.Katsın bəyanatına cavab olaraq isə İran Hərbi-hava qüvvələrinin komandanı general Əziz Nasirzade müharibəyə hazır olduqlarını və bunun yekununun İsrailin məhv edilməsi ilə nəticələnəcəyini söyləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar