"MƏQSƏD AZƏRBAYCANDA İĞTİŞAŞLARA ZƏMİN HAZIRLAMAQDIR" - "Xüsusi xidmət orqanlarının dəstəyi göz qabağındadır"

"Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmanı, sonda silaha əl atılmasını hamılıqla və qətiyyətlə pisləməliyik. Bu toqquşmaya təsadüfi, sıradan hadisə kimi baxmaq olmaz. Xüsusi şəkildə hazırlanmış təxribata daha çox oxşayır ki, burada da rus və erməni izini görməmiz lazım. Yoxsa nə oldu ki, dost və qardaşcasına yaşayan iki müsəlman millətinin nümayəndələri birdən-birə üz-üzə dayandı?"

"AzPolitika.info"nun məlumatına görə, bunları Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik Eldar Sabiroğlu son günlər Rusiyada azərbaycanlı və çeçenlər arasında qeydə alınmış insidentlərlə bağlı şərhində bildirib.

E.Sabiroğlunun fikrincə, toqquşmanı yaratmaqda başlıca hədəf azərbaycanlılardı. "Niyə məhz azərbaycanlılar? Son zamanlar millətimizin məlum səbəblərdən Rusiyaya axını bu ölkədə narazılığın miqyasını kəskin surətdə artırmışdır. Problemin həlli üçün çeçen-azərbaycanlı qarşıdurmasının yaradılması ən əlverişli vasitə olaraq gündəmə gətirilmişdir. Hadisənin alt qatında daha məkrli bir planın yerləşdiyini diqqətə almalıyıq və bu daha ağılabatandır. Beləliklə, məqsəd məsələnin böyüdülərək soydaşlarımızın kütləvi deportasiyasına nail olmaqla Azərbaycanda ixtişaşların törədilməsinə zəmin yaratmaqdır.

E.Sabiroğlunun fikrincə, açıq-aşkar erməni hiyləgərliyinə Rusiya xüsusi xidmət orqanlarının verdiyi dəstək göz qabağındadır.

"Çox yaxşı oldu ki, dərhal çeçen və azərbaycanlı nüfuz sahibləri bir masa arxasında əyləşərək hadisəni pislədilər və bu iki müsəlman millətinin daha sıx dost və qardaş olacağına əminliklərini ifadə etdilər".

V.Nəsibov

635x100

Şərhlər

Kənar adam 2019-02-17 20:46:44

Atan kazaklardır

NURəddin 2019-02-17 20:46:44

MÜTLƏQ MƏNADA RUS-ERMƏNİ PROJESİDİR.BİR AY ƏVVƏL ERMƏNİLƏRİN ƏLİ İLƏ QAZAXISTANDA AZƏRBAYCANLILARA QARŞI TƏXRİBAT YARATMAĞA CƏHD ETDİLƏR.ALINMADI. İNDİ DƏ ÇEÇEN-AZƏRBAYCAN DÜŞMƏNÇİLİYİ SALMAQ İSTƏYİRLƏR. DEMƏK DÜŞMƏNİN PLANI MƏLUMDUR.AMMA GÖRÜNÜR RUSLAR HƏLƏ DƏ İSLAMI ANLAMAYIBLAR.

OQTAY 2019-02-17 20:46:44

Cox maraqlı millətik bu məsələni birinci Moskvadan Fuad Abbasov işıqlandırdı FEYSBUK da və gördüyümüz kimi çox fəal iştirak etdi bu barışıqda .İndi onun adını çəkən yoxdur Vəzifəlilər ayılana kimi Fuad artıq dostluq məclisi düzüb qoşmuşdur

Son yazılar