Medvedevin İrəvan səfərinin gizlinləri

Medved“Rusiya baş naziri Dmitri Medvedevin Ermənistana səfəri zamanı əsasən iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanda iqtisadi kollapsa səbəb ola bilər”.

ANS-in məlumatına görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır.

Qəzetin xəbərinə görə, Qərb və ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiqi Ermənistan da təsirsiz ötüşmür.

“Əgər Rusiya Ermənistana maliyyə dəstəyini öz üzərinə götürməsə, Ermənistanda iqtisadi kollaps yaranacaq. Medvedevin İrəvana səfəri zamanı daha çox bu istiqamətdə müzakirələrin aparılacağı gözlənilir. Təbii ki, səfər zamanı Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına dair də danışıqlar aparılacaq”, deyə qəzet yazır.

Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedevin sentyabrın 8-9-da Ermənistana səfəri gözlənilir

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar