Lavrov «Washington Post»-un müxbirini pərt edib - «Buna «yerinə oturtmaq deyərlər»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, təhlükəsizlik məsələlərinə həsr olunmuş 55-ci Münhen konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Vaşinqton Post» qəzetinin müxbirinin sualına açıq-aşkar ironiya ilə cavab verib.

Bu barədə XİN-nin mətbuat xidməti məlumat yayıb.

«Vaşinqton Post qəzetinin müxbirin Suriya ilə bağlı sualı: Rusiya Suriyada təhlükəsizliyin qarantı olub. Siz, zəmanət verə bilərsinizmi ki, Bəşər Əsəd rejimi bütün bölgəyə təhlukə olmaqan çəkinəcək və öz xalqına qarşı zorakılığı dayandıracaq?» - deyə, aparıcı Münhen konfransında səçləndirib.

Lavrovun cavabı gözlənilməz, amma bir çox iştirakçının ürəyincə olub: «Mən nə cavab versəm də siz öz istədiyinizi yazaqsınız. Odur ki, nə istəyirsiniz, yazın».

Nazirin sözlləri zalda gülüş və alqışarla qarşılanıb.

Bu qısa dialoqu Federasiya Şurasının komisiya sədri Aleksey Puşkov belə şərh edib: «Buna «yerinə oturtmaq deyərlər».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar