Ərdoğan Putinlə yenidən görüşəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin apreldə yenidən görüş keçirəcəklər.Virtualaz.org "İzvestiya" qəzetinə istinadən bildirir ki, bunu Rusiya prezidentinin müşaviri Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan aprel ayında Moskvaya səfər etməyi planlaşdırır. Uşakov deyib ki, Ərdoğanın Moskvaya səfəri aprelin ilk hissəsində gözlənilir.

İki ölkənin liderləri yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclasında, həmçinin Rusiya və Türkiyənin birgə təşkil etdiyi qarşılıqlı mədəniyyət ilinin açılışında iştirak edəcəklər.

Bu görüş 2019-cu ilin əvvəlindən prezidentlər arasında keçirilən sayca 3-cü görüş olacaq.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə sonuncu dəfə 3 gün öncə, fevralın 14-də Soçidə üçtərəfli sammitdən əvvəl görüşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar