İtaliya çempionatında 20:0 hesabı qeydə alınıb - VİDEO

İtaliya C Seriyasının oyununda "Kuneo" "Pro Pyaçentsa"nı 20:0 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, görüşün ən məhsuldar oyunçusu 6 qol vuran Hişam Kanis olub. Edoardo Defendi 5 dəfə fərqlənib, Mikele Emmausso və Françesko Di Stefano isə "het-trik" edib.

"Pro Pyaçentsa" oyuna 7 futbolçu ilə başlayıb. Daha bir futbolçu isə unudaraq evdə qoyduğu pasportu atası ona gətirib çatdırdıqdan sonra meydana çıxıb. Qolların 16-sı ilk yarıda vurulub.

Hazırda bu klub ciddi maliyyə problemləri ilə üz-üzədir. Komandanın məşqçiləri yoxdur. Ona görə də 19 yaşlı futbolçu oyunun protokolunda özünü məşqçi kimi qeydiyyatdan keçirməli olub. Bütün əsas heyət futbolçuları "Pro Pyaçentsa"nı azad agent kimi tərk etməli olublar. Bu səbəbdən, klub mövsümün qalan hissəsini gənclərlə davam etdirir.

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 29-a çatdıran "Kuneo" 11-ci pillədə qərarlaşıb. 8 xala malik "Pro Pyaçentsa" isə sonuncu - 20-ci yerdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar