SABİQ BAŞ DİREKTORLA BAĞLI YENİ QƏRAR – Məhkumluğu da ləğv olundu!

"Rabitə işi"ndə təqsirləndirlən "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib.

“Report”un xəbərinə görə, Xətai Rayon Məhkəməsi onun müraciətini təmin edib.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq Aparat rəhbəri Vidadi Zeynalov, M.Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və M.Məmmədov isə 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən, M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

635x100

Şərhlər

rabitəçi 2019-02-18 09:51:16

Yerin görünür Rabitədə Ay Məhəmməd...............................?

haqq edalət ölübdür 2019-02-18 09:51:16

budur reallıq ən cox obnalicka edən Aztelekom olmuşdur ən cox otkatıda məhəmməd vermişdi vidadi zeynalov Beytulla girov qalıblar türmədə budur hakk ədaləd

EJDER 2019-02-18 09:51:16

BRAVO,KEYF ELE...ANALOQU OLMAYAN INKIWAFI TERIFLE...NAW QUMANNIY MEHKEME

oxucu 2019-02-18 09:51:16

ədalət belə bərpa edilir bu ölkədə...

Son yazılar