Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 27% azalıb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 302,36 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 1 279,64 mln. dolları ixracın, 1 022,72 mln. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 23,2%, idxal isə 48,5% artıb.

Beləliklə xarici ticarətdə 256,92 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 26,6% azdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar