"Qətərin mövqeyini yüksək qiymətləndiririk" - Azərbaycan səfiri

"Qətərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələləri ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Qətər müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində hələ də Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarının qaytarılmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanı dəstəkləyir".

"Report" "Peninsula" nəşrinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycan və Qətər diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edəcək.

Diplomat vurğulayıb ki, hər iki ölkə demək olar, bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün önəmli addımlar atır, yüksək səviyyəli səfərlər mübadiləsi həyata keçirir.

Həmçinin oxuyun: Qətər Ermənistan səfirliyinin xərclərini öz üzərinə götürüb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar