Azərbaycan avtomobil idxalını 2,5 dəfə artırıb

Dərc olunub: 18/02/2019 - 10:58

masin bazariBu ilin yanvar ayında Azərbaycana xaricdən 2 512 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1 526 ədəd və yaxud 2,55 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 18 ədədi və yaxud 0,72%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 267 ədədi və yaxud 90,24%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 215 ədədi və yaxud 8,59%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 12 ədədi və yaxud 0,48%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 14 ədəd və yaxud 4,5 dəfə, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 1 365 ədəd və yaxud 2,5 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 142 ədəd və yaxud 2,94 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 11 ədəd və yaxud 12 dəfə artıb.










loading...


Fikrinizi bildirin