SƏLİM MÜSLÜMOVUN QAYDALARL LƏĞV EDİLİB - Nazir ünvanlı yardımların verilməsindəki dəyişiklikləri açıqladı

"İnsan kasıb olduğunu bildirir, amma telefona ayda 70-80 manat ödəyir. ..Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq"

"Krediti olan, pay torpağınınçıxarışı olmayanlar da sosial yardım ala biləcək"

Azərbaycanda az təminatlı əhalinin ünvanlı yardım alması ilə bağlı kriteriyalara dəyişiklik ediləcək. Bu barədə nazir Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, artıq nazirlik bunnula bağlı təkliflərini hazırlayaraq təqdim edib.

Əsas dəyişikliklərdən biri krediti olan vətəndaşlara sosial yardım qadağasının aradan qaldırılmasıdır. Nazirin sözlərinə görə, əslində bu tələb (yəni krediti olan şəxslərə yardım verilməməsi) məntiqlə doğru olsa da, araşdırmalar göstərib ki, kasıblar arasında kredit götürənlərin əksəriyyəti bunu çətin maddi vəziyyəti ilə əlaqədar edib: "Araşdırdıq, gördük ki, bəziləri bunu çətin maddi vəziyyətinə görə edib, övladının müalicəsi və sair üçün. Bunu nəzərə alaraq nazirlik hökumətə təklif edib ki, bu qayda dəyişdirilsin, çünki əslində kredit gəlir deyil – onu qaytarmaq lazımdır".

Amma Sahil Babayevin sözlərinə görə, bu yenilikdən sui-istifadə hallarının olub-olaması da araqdırılacaq: "Kimsə gedib "İphone" almaq üçün kredit götürürsə, biz ona güzəşt etməli deyilik, o aztəminatlı ailə kimi dövlətdən pul almalı deyil".

Nazir deyib ki, artıq belə təbəqələrin sosial yardım alması ilə bağlı tələblərdən biri aradan qalırılıb: "Bu pay torpağı olanlara aiddir, əvvəllər pay torpağı olanlar sosial yardım almaq üçün həmin torpağa görə çıxarış da almalı idilər, amma yanvarın 28-dən bu tələb aradan qaldırılıb, çıxarışı olmayanlar da sosial yardım ala bilir".

Bu sahədə digər mübahisəli məsələ kommunal və rabitə xərcləri ilə bağlıdır. Hazırda qüvvədə olan məhdudiyyətə görə, kommunal xərcləri müəyyən məbləğdən yuxarı olan ailələr ünvanlı yardım ala bilmirlər. Hazırda isə bu məsələ müzakirə edilir: "Bu məsələdə sui-istifadəyə meyllilik çox böyükdür. Şikayətlərin 70%-dən görürük ki, insan kasıb, maddi imkansız olduğunu bildirir, amma telefon danışıqlarına ayda 70-80 manat ödəyir. Biz onun gəlirini görmürük, amma bir ailə telefon danışığına ayda 70-80 manat ödəyirsə, onu kasıb saymalıyıqmı, məncə yox, amma araşdıracağıq".

Nazir bildirib ki, kommunal xərclərdə vəziyyət fərqlidir. Çünki evi isitmə xərcləri də özünü göstərir.

S.Babayevin sözlərinə görə, bu sahədə əhalinin xeyrinə olan əsas yeniliklərdən biri yeni proqram təminatı olacaq: "Bu proqram işə düşəndən sonra vətəndaşa aid məlumatlar digər dövlət qurumlarından avtomatik götürüləcək, nəticədə onların unutduqları, bilməyərəkdən səhv daxil etdiyi məlumatlar onlara problem yaratmayacaq. Məsələn orada vətəndaş sahib olduğu telefon nömrələrini göstərməlidir. Bəziləri bir neçə nömlələri olduğu üçün birini unudub daxil etmirlər, nəticədə sistem onlara imtina verir, bu da əlavə narahatlıq yaradır. Yeni proqramın işə düşməsindən sonra bu baş verməyəcək".

İndiyədək bu sahədə aztəminatlı insanlara ən böyük problem yaradan məsələlərdən biri proqrama yerləşdirilmiş "cəza" alqoritmi idi.

Keçmiş nazir Səlim Müslümovun vaxtında tətbiq edilən həmin alqoritmə görə, məlumatı səhv daxil edən və buna görə də sistem tərəfindən imtina alan şəxs, ünvanlı yardım almaq üçün bir də 3 ay sonra müraciət edə bilərdi. Nəticədə ən xırda texniki səhv ucbatından kasıb ailələr daha 3 ay yardımdan məhrum olurdu və bu haqlı narazılıqlar yaradırdı.

S.Babayev bildirib ki, həmin qayda ləğv edilib, artıq texniki səhvə yol verən şəxslər də ünvanlı yardım üçün ardıcıl olaraq dəfələrlə müraciət edə bilərlər. /fed.az

635x100

Şərhlər

Ekspert 2019-02-18 12:37:02

Nazir dövlət postunda siyasi vəzifədir....Qələm götürüb analiz edirəm ki,bu şəxsin hansı üstün kriteryaları var? 1.Yoxdur.2.Yoxdur.3.Yoxdur.4.Yoxdur.5.Yoxudr.

VƏTƏNDAŞ 2019-02-18 12:37:02

BELƏ NAZİRİ OLAN ÖLKƏNİN DOĞRUDAN ANALOQU OLMAZ.ADAMƏN MÜƏMMALI TƏRCÜMEYİ HALI,TƏHSİLİNİN ,TƏCRÜBƏSİZLİİNİN ,SƏVİYYƏSİNİN TƏYİN OLDUĞU VƏZİFƏYƏ UYĞUN OLMAMASI ONUN ÇIXIŞLARINDAN,BAXIŞINDAN VƏ NAZİRLİKDƏ GEDƏN PROSESSLƏRDƏN TAM ORTADADIR. .....ÜMİD ALLAHA QALIB BİR DƏ OLMAYAN MÜXALİFƏTƏ!

Vətəndaş 2019-02-18 12:37:02

Bunu vızifəyə gətirməklə heç nə düzələn deyil. Dostoynu adamları vəzifəyə gətirmək lazım ki bir iş görsünlər

dr.Amirov 2019-02-18 12:37:02

XALQIMIZ-DÖVLƏTİMİZə xeyir gətirəcək işlərə və edilən bu yönlü təşəbbüsçülərə Tanrı kömək olsun.

Hörmətl Nazirə! 2019-02-18 12:37:02

Bismillahir-Rəhmanir-Rəhim .Vallh-billah! Bu hörmətli naziri yerinə oturdan tapılmır! Sahib bəy deyilənə görə hüquq fəlsəfə doktorudur! Bu bəy Quranda yazılanlara, dahilərin dediklərinə,həyat qanunlarına məhəl qoymayır nə də Dövlət Fərmanlarını sənədlərini də icra etməyir buna nə ad qoymaq olar?Bu ədalətsizliklə nazirliyi hara aparır? Bu adam burada yazılan şərhləri nə oxuyuy nə də veginə alir. Mat qalmaya bilmirsən! Əvvəla onu qeyd edim ki,bu nazir rəsmi məktubumuza 10 ay müddətində cavab verməyibsə 10 minlərlə adamı narazı saldığını söyləməyə əsas verir. Axı necə ola bilər?.... Azərbaycanın imicinə xələl gətirirlər. Belə savadsız məmurların fəaliyyəti ölkəni uçuruma, vətəndaşları isə səfalətə aparır.ƏƏSMN-yi dünyada anoloqu olmayan bir nazirlikdir. Ataların gözəl sözü var: “Özü özünə eləyənə el yığılsa edə bilməz”.

Kasıb 2019-02-18 12:37:02

"Köhnə bazara təzə nırx qoyulacaq" demək istəyir.Amma təzə nırx köhnədən ağır olacaq.Bunu unutmayın.Anlamaz adamlar başqa cür etmir.Köhnəyə rəhmət oxuyacaqsınız.Hələ ki, iki aydır pensiya gecikdirildi.Sonrasından Allah saxlasın.Bu bahaçılıqda pensiyanı 5-6 manat qaldırmaqla utanmadan lovğalananlardan millətə bir fayda olmaz!

Azərbaycan vətəndaşı 2019-02-18 12:37:02

Bu millət Səlim Müslümovu axtaracaq.Yalandan deyirdilər ki,iki milyard pul mənimsəyib.S.Müslümov nazir olan kimi komisyaları beş ildən bir etdi.Rüşvətin qarşısını almaq üçün.Hər il komisyadan keçən əlillər ən azıbdan 400-500 pul verməli idilər.Respublikada 600 minə yaxın əlil pensioner var.600000 mini 400 yüzə vuranda 240 milyon edir və 240 5 ilə vuranda bir milyard iki yüz min edir.Budur S.Müslümovun günahı.İki aydır pensiya artımından danışırdın.3 faiz artım oldu.Ballah ayıbdır.

Pensiyaçı 2019-02-18 12:37:02

BBoş-oş yuxarıdan danışmaq,nəticəə sıfır!u Səlim Müslümovun heç yarısı la bilmədi.Adamı bir işə qoyanda onun qabında nə olduğunu,indiyə qədər nə işə yaradığı,sahə üzrə biliyi,heç olmasa düşüncəsi nəzərə alınmalıdır.Bu adam axı bu işə yaramır!

yengibar 2019-02-18 12:37:02

Dövlət vətəndaşı ələbaxımlığa, dilənçiliyə öryətməli deyil.Birinə qoyun, birinə dana, birinə müavinət, hamısına da özləri şərik!Rayonlarda hamı müavinət almaq yolları axtarır, bazardan Belorus,İran, Ukrayna kartofu alır.Hamı oğurluğa getməyə yoldaş axtarır.Ayıbdır! İnkişaf etmiş ölkələrin təcrübəsi var. Onlardan yararlanmaq olmazmı? İqtisadiyyatı qurmaq, yeni texnologiyalar alıb tətbiq etmək lazımdır. Azərbaycan 3 ilə istənilən ölkəni geridə qoymaq gücünə malikdir.

T.ədalət 2019-02-18 12:37:02

Esil erməni xisleti buna deyrrler.srtıq camaatın trlefon puluna da göz dikibler.arzunuz özünüze qayıtsın.

Əliyev Əfqan 2019-02-18 12:37:02

Mən Şabran rayonunda yasayiram ailiyəm bir övladim var sosial yardim almaq isdəyirəm vermirlər deyirlər ki dövlət işində işdşədiyinə dair sənəd gətir mən sizə bir.mən isə işim yoxdu ona görə mənə sosial vermirlər

EJDER 2019-02-18 12:37:02

BRAVO,SAHILE CIXDI MOTROS...ARAWDIRA ARAWDIRA ,NAGIL DANIWIR.TERCUMEYI HALDAN BELE BILINIR KI,NAZIR POSTUNA PARAWUTLA DUWMUSUNUZ...SELIM MUSLUMOVA WOHRET ORDENI VERILMELIDI,LUKAWENKO CANI

Alı 2019-02-18 12:37:02

Bəs deyirdilər yeni kadrlar Avropa savadı almış, avropa düşüncəlidir?!Cavan adamdır, nazir olaraq bunun səviyyəsinə,düşüncəsinə, məntiqinə,sosial müvinət verməmək üçün gətirdiyi bəhanəyə diqqət edin.Sanki Stalinin dövründə yaşayır.Bunun məhz belə aglın dərrakənin sahibi olduguna keçdiyi MÜƏMMALI həyat yolu ilə tanış olanda şübhələnmişdim.Di gəl inan ki, bu agılda olan nazir aztəminatlıya ədalətli müavinət verəcək.Ay hay Aydın oldu ki, buda sələfləri kimi qarşisına müavinətləri kəsib dogramaq məqsədi qoyub.

Alı-ya 2019-02-18 12:37:02

Sadece başlığı oxuyub şerh yazmısınız. Yazını tam oxusanız daha dolğun şerh vere bilersiniz.

Bashirov Qarib 2019-02-18 12:37:02

Butun bu hoqqalar vətəndaşları surundurməyə,haqqı olanı verməkdən imtina etməyə,ailə institutunu məhv etməyə yönəlib. Sosial yardımın verilməsində əsas meyar,azyaşlı uşaqların olması göturulməlidir.İşləyirsə,iş yerindən,isləmirsə sosial idarələri tərəfindən. Vəssalam.Bu qədər sadə və ədalətli. Anoloqu olan ədalətli ölkələrdə belədir.Bizim kimi ölkələrdə isə necə olursa olsun sosial yardımlardan imtina etmək və pulları muxtəlif fırıldaqla mənimsəmək uçun çeşidli hoqqalar fikirləşmək.

Son yazılar