Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb.

Siqaretlərin hər bir qutusunda 20 qəpik artım qeydə alınıb.

“European Tobacco-Baku”dan saytımıza bildirilib ki, siqaretin qiymətinin qalxması aksiz vergisi ilə bağlıdır:

“2019-cu ildən başlayaraq, tütün və tütün məmulatlarına qoyulan aksiz vergisi qalxıb. Yanvarın 1-dən yerli istehsal olan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 20 manata qədər artırılıb. Eyni zamanda, fevralın 8-dən idxal olunan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 28 manata qədər artıb”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar