Cəlilabadda küçədə toyuq cəsədləri... - Foto

Səttarxan küçəsinin sakinləri üçün böyük problem yaranıb

Cəlilabadın Səttarxan küçəsinin sakinləri üçün böyük problem yaranıb. Bu barədə küçənin sakinləri ANS PRESS-ə müraciətlərində bildiriblər.

Sakinlərin sözlərinə görə, küçədə ölən cücə, it və s. heyvan cəsədləri Səttarxan və qonşu küçələrin ərazisinə atılır.

Nəticədə, bir neçə küçədə üfunətdən nəfəs almaq mümkün deyil. İsti aylarda problem daha ciddi xarakter alır. Sakinlər dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də, faydası olmayıb.

Məsələ ilə əlaqədar Cəlilabad rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakiminin müavini Ziyafət Şahmarovun ANS PRESS-ə verdiyi məlumata görə, bununla bağlı onlara heç bir məlumat daxil olmayıb.

“Bu gündən rayonda küçələrin zibillərdən təmizlənməsilə bağlı tədbirə başlayacağıq. Bu məsələ ilə bağlı da mütləq maraqlanacağıq. Problem mütləq öz həllini tapacaq”, - deyə Ziyafət Şahmarov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar