"ARTIQ BULANIQ SUDA BALIQ TUTMAQ ZAMANI BİTİB..." - Nazirdən mühüm mesajlar

2018-ci ildə yoxlamlar zamanı təkcə üç növ sahibkarlıq fəaliyyətində vergidən yayındırılan dövriyyənin həcminin 1 mlrd. 282 mln. manat təşkil etdiyi məlum olub. Bunu bu gün, fevralın 18-də baş tutan "Vergilər, şəffaflıq, inkişaf" adlı forumda vergilər naziri Mikayıl Cabbarov deyib.

"AzPolitika.info" xəbər verir ki, çıxışı zamanı vergilər naziri Mikayıl Cabbarov mühüm mesajlar verib: "2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması vergi xidməti üçün başlıca istiqamət olub. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib, geniş maarifləndirmə işi aparılıb. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirləri artırılıb. Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqlarla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşdü ki, gec ya tez, qanunlar çərçivəsində işləməli olacaq. Artıq bulanıq suda balıq tutmaq zamanı bitib. Əminəm ki, hər kəsə aydındır – biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yol yoxdur".

Nazir dövlətin və ya leqal biznesin hesabına qanunsuz gəlir əldə etmək istəyənlərin cəzasız qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, vergi orqanlarının ötən il ərzində iri topdansatış müəssisələri üzrə apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyələrin gizlədildiyi müəyyən edilib: "Bu, on milyonlarla manat vergilərin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir. Təsəvvür edin ki, bunlar yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb edilmiş bəzi sektorlardakı vergi ödəyiciləri üzrədir. Bizim funksiyamız bütün bu dövriyyələrin aşkar edilərək vergitutmaya cəlb edilməsidir. Buna görə də 2018-ci ildə vergi xidməti bir sıra iqtisadi fəaliyyət sahələrində fiskalizasiya tədbirlərini və yeni nəzarət mexanizmlərini təmin etdi və bunun ilkin nəticələri də artıq vardır".

Mikayıl Cabbarov  bildirib ki, vergi və sahibkar münasibətləri təmiz səhifədən başlamalıdır. Bu gün dövlət-biznes münasibətlərində yeni bir mərhələ start götürüb. Vergi qanunvericiliyində ciddi dəyişikliklər edilib.

Nazirin sözlərinə görə, 2019-cu ildə qarşıda duran hədəflərin mühüm bir hissəsi vergi sistemi ilə bağlıdır və verginin iqtisadi tənzimləmədə rolu artıb.

“Şəffaflığın təmin edilməsi istiqamətində yeni yanaşmalar işgüzar mühitdə yeni gözləntilər yaradır. Bu transformasiya dərhal baş vermədi və təbii ki, zaman tələb olunurdu”, – deyən Mikayıl Cabbarov ədalətli biznes mühitinin yaradılması üçün səylərin gücləndiyini vurğulayıb.

Elə bir vəziyyət yaranmışdı ki, intizamlı işləmək istəyən şirkətlər bazar paylarını itirməklə üzləşirdilər. Kölgə iqtisadiyyatı, uçotun olmaması vəziyyəti pisləşdirmişdi. 2018-ci ildə kölgə iqtisadiyyatımın səviyyəsinin azaldılması üçün uçot sistemi ilə bağlı işlərimiz bəzən müqavimətlə və bir günlük şirkətlərin yaradılması halları ilə belə qarşılaşdı. Bunların aradan qaldırılması üçün görülən işlər artıq öz müsbət nəticəsini verməyə başlayıb. Şəffaflıq iqtisadiyyatı rəqabətqabiliyyətli edir, ona görə də haqsız rəqabətin qarşısının alınması üçün lazım olan addımları atırıq”.

Nazir bildirib ki, hökumətin qarşısında iki yol olub: vergi yükünün artırılması yolu ilə daxilolmaları yüksəltmək və ya vergi yükünün azaldılması ilə kölgə iqtisadiyyatında qalan subyektləri dövriyyəyə cəlb etmək.

Azərbaycan hökuməti isə bu iki ssenaridən ikincini seçib. 2019-cu ildə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində işlərin davam edəcəyini qeyd edən nazir 2018-ci ildə aparılan yoxlama zamanı ortaya çıxan rəqəmləri açıqlayıb:

“İri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanıb. Bunlar hələ vergi yoxlamasına cəlb edilənlərdir”.

M.Cabbarovun fikrincə, 2019-cu ildə bəyan edilən dövriyyələrin sayı və daxilolmaların həcmi artıb: “Sənədləşməni tam yoluna qoya bilsək, iqtisadiyyatın ağarması baş verəcək, bu isə ədalətli biznes mühiti yaradacaq”.

 

 

 

 

635x100

Şərhlər

Abid 2019-02-18 15:20:52

Verginin də kitabını Mikyıl bağlayar.Təhsilinki kimi.

bisavad 2019-02-18 15:20:52

Maşınının qiyməti, yüzlərlə dalandarin (şəhərimizi təmiz şəhərə çevirən vətəndəaşlarımız) bir neçə illik qazancına bərabər olan vətəndaşların gəlirlərinə Vergi Məcəlləsinin 66-cı maddəsi tətbiq olunana qədər şəffaflıqdan danışmaq olrmı?

Vaqif 2019-02-18 15:20:52

Gəlır vergisi 14 faiz çoxdur

hop-hopnamə 2019-02-18 15:20:52

Cənab Mikola. Çox iri doğramayın! Azərbaycanda nəinki bulanlıq sularda, hətta buzlu sularda da "Amanalı" qoyub, ən pis halda tok verməklə balıq tuturlar! İmitasiya ilə məşğul olursunuz elə bilirsiniz ki, iş görürsünüz?? Bir dəki Hər sahənin manapolisti olduöu kimi, balığında öz monopolisti var. Bəsdir hapa-gopa basdınız!!!

Cavid 2019-02-18 15:20:52

Çünki su lə bulanacaq ki, hətta bu da mümkün olmayacaqYəni balıq özü üzdə olacaq.Daha onu tutmağa zəhmət tələb olunmayacaq.

yengibar 2019-02-18 15:20:52

Yaxın günlərdə Azpolitikada VN keçmiş müşaviri Habil Məmmədovun ayda 120000 manat paket alması barədə yazı var idi. Bu, əslində heç sirr də deyildi, nazirlikdə və yerli idarələrdə hamıya paket verilirdi. Görəsən Nazir həmin paket şəklində alınan, ödəyicilərdən və Dövlətdən oğurlanmış pulların qaytarılması barədə düşünürmü?Həmin paket alanların sayəsində dövrün bu vaxtı Azərbaycanda hələ də uçot sistemi yoxdur! Çox çətin məsələdir, həm də çox vacibdir. Uğurlar, həm ödəyicilərə, həm də Nazirliyə!

Cəmşid Dərələyəzli 2019-02-18 15:20:52

Cənab nazir “Sənədləşməni tam yoluna qoya bilsək, iqtisadiyyatın ağarması baş verəcək”. deməniz çox gözəl. Lakin nəzərə almaq lazımdır ki, bu sənədləşməni Mühasibat Uçotu haqqında Qanunun tələb etdiyi şəkildə aparılması üçün kifayyət qədər ixtisaslı baş mühasiblərə ehtiyac var. İkinci bir tərəfdən isə bu iş ilkin olaraq verginin keçirəcəyi səyyar vergi yoxlamalarının şəffaflığından asılıdır. Yəni auditlət ən azı bir ay müəssisələrdə oturub bütün maliyyə təs. əməliyyatlarını yoxlamalıdırlar.

G M 2019-02-18 15:20:52

Axsaq Genrallar ,yalaq müxalifət partiya və siyasi komitələrimizin sayları artdıqca İmicimiz korlanır Yaşam tərzimiz çətinləşir,Üstümüzə götürdüyümüz öhtəliklərin altında can veririk.Hələ o boyda itirdiyimiz torpaqlarımızı,təbii sərvətlərimizi heç demirəm

TARİX 2019-02-18 15:20:52

MİKAYIL MÜƏLLİM ƏVVƏLKİ NAZİRİN DÖVRÜNDƏ İMTAHAN VERİB İŞƏ GİRMİŞ SAVADLI MÜTƏXƏSİSLƏRİ CIXARDIB YERİNƏ KİMLƏRİ GÖTÜRÜRSÜNÜZ?BUNUN FƏƏRQİNDƏSİNİZMİ?..GÖRÜLƏN HƏR İŞİN BAŞINDA ƏDALƏT DURMALIDIR.

Son yazılar