“Fitch” Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır

Dərc olunub: 18/02/2019 - 13:35

cc7e8f5d-9383-4c1e-8788-2043ced32903“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda bu il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.

“Report” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, proqnoza əsasən bu il Azərbaycanda iqtisadi artım 3,5% təşkil edəcək. “Azərbaycanda ÜDM artımı 2018-ci ildəki 1,3%-dən bu il 3,5%-dək yüksələcək”, – məlumatda vurğulanıb.

“Fitch”in analitikləri Azərbaycanda ÜDM artımını şərtləndirən amilləri açıqlayıb: “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olanacaq qazın ixracı və ölkənin neft sahəsində hasilatın pay bölgüsü sazişinin (AÇG) müddətinin uzadılması ilə bağlı investisiyaların artımı Azərbaycanda ÜDM-in artımını dəstəkləyəcək. Belə ki, “Şahdəniz-2” də hasilatın artması karbohidrogen ixracının çoxalmasına səbəb olacaq ki, bu da əsas ticarət tərəfdaşlarında milli valyutaların dəyərsizləşməsi fonunda idxalın artımını kompensasiya edəcək. Turizm və kənd təsərrüfatı ölkənin qeyri-neft sektorunun inkişafına təkan verəcək. Rusiyadan Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatın artması, dayanıqlı turizm sektoru və karbamid istehsalı zavodunun istifadəyə verilməsi qeyri-neft məhsul və xidmətlərinin ixracını stimullaşdıracaq”.










loading...


Fikrinizi bildirin