Nazir Azərbaycanda bahalaşmadan danışdı

Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur.

Trend-in məlumatınar görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir.

Ş.Mustafayev xatırladıb ki, Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur:

“Taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın”.

Nazir həmçinin dərman qiymətlərinin nizamlanması məsələsinə də toxunub. O bildirib ki, əgər istehlakçılarda dövlət tərəfindən nizamlanan dərman preparatlarının qiyməti ilə bağlı şübhələr yaranarsa, onlar İqtisadiyyat Nazirliyinə və ya Tarif Şurasına müraciət edə bilər:

“Dövlət qiymətlərin süni artırılması faktlarının qarşısının alınması üçün zəruri tədbirlər görür. Bazarda payı 35 faiz təşkil edən idxalatçılar və istehsalçılar dövlətin nəzarətindədir və onlar icazəsiz qiymətləri dəyişə bilməzlər”.

635x100

Şərhlər

İqtisadçı 2019-02-18 14:17:21

Bunlar anlamaq istəmirlər ki, xalq gedən prosessləri çox gözəl anlayır.Büdcədən vəsait ayırıb "Formula-1" keçirdirsiniz.Bəs anlamırsınız ki, hava yolları,otellər,restoranlar,nəqliyyat özl əllərdə olduğundan bu tədbirdən yığılan gəlir büdcəyə qayıtmır,oliqarxların əlində qalır? Axı büdcə xalqa məxsusdur.O zaman gələn turistlərin ( əgər deyilən sayda olsa belə )xərclədiyi pullar büdcəyə tam daxil olmursa bu büdcə talanması deyilmi?Bunu adi hesablama ilə təsdiq etmək olur.O zaman "formula-1" ölkəyə nə verir?

Akif Nəzərov 2019-02-18 14:17:21

Yalan danışmaq dəb halını alıb.Nə fərqi var ki? Ya çörətin qiymətini qaldırdın,ya da qiyməti saxayıb çəkisini azaltdın? Nazir bunu anlaya bilirmi? Bunu görməmək üçün kor olmaq lazımdır.Dərmanlarda da eyni proses baş verir.Dərmanların dozası və ya çəkisi azaldılır. Mİlləti nə qədər aldatmaq olar?

EJDER 2019-02-18 14:17:21

BRAVO ,MOLODES...BUNDAN QABAQ BAZAR IQTISADIYYETI IDI...TEDBIR GORURSUZ,NECE...YEQIN DOVLET SIRRIDI.ANALOQU OLMAYAN INKIWAFDAN DANIWIN.FORMULADAN ,GUYA,UC YUZ MILYON GELIR GELIR.SAMALYET ,RESTORAN ,OTEL SIZLER...KASIB TEBEQEYE NE XEYRI VAR,BU TURISTLERIN...HIY

Son yazılar