"MƏNƏ PREZİDENT ADMİNİSTRASİYASINDAN ZƏNG ETDİLƏR Kİ, GƏL..." - Rüstəm İbrahimbəyov

"Bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir"

"Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir", - tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində bildirib.

Hakimiyyətin ona qarşı dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamları fonunda Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında Rüstəm bəy deyib ki, o, öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir.

"İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmə nəyə lazımdır?", - R.İbrahimbəyov sual edib.

İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır.

"Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başqaları əziyyət çəkməlidir? "Qafqaz üçlüyü" filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır", - dramaturq vurğulayıb.

"Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl", - o əlavə edib.

Bakıda olduğu qısa müddətdə Rüstəm bəy həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib. "Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evi ilə bağlı, bərpa etmək, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var", - o vurğulayıb.

"Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı?" sualının cavabında R.İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək: "Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir".

Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir.

"Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?", - R.İbrahimbəyov söhbəti yekunlaşdırıb.

635x100

Şərhlər

O.B.N 2019-02-18 14:50:39

Dövlətin bayrağın yandımaq,ayaq altına atmaq kimi tərs asmaq da təhqirdir.Filim ərsiyə gələnə kimi neçə dəfələrlə baxılır müzakirə edilir.Onlar necə millətpərəsdirlər ki, milli dövlət bayrağımız Qafqaz üçlüyü filimində (1.05.37 bax)tərs asılıb.

O.B.N 2019-02-18 14:50:39

MOSKVAnın təkidi ilə Karapetiyanda İravana gedib və orda ziyalılarla qapalı görüş keçirir.Yə Paşinyana təziq üçün ya da yeni model SSRİ-in müzakirəsi üçün.

Anti İbrahimbeyov 2019-02-18 14:50:39

İbrahimbeyovun Qafqaz triosu filminde (dəqiqə və saniyəsi 34:43)Azerbaycan bayraginin rengleri niye tersine qoyulub? Hele xalqimiza mensub olmayan lakin filmde eks olunan diger meqamlari demirem. Rejissor bunu gormurse onda ne vetenperverlik duygusu ola biler?!

A.V 2019-02-18 14:50:39

RUSTƏM İBRAHİMBƏYOV əsil vətəndaş, əsil ziyalidir.Heyifki belə şəxsiyyətlər azdirlar.

NURəddin 2019-02-18 14:50:39

İbrahimbəyov gah iqtidar, gah müxalifət mövqeyi sərgiləməsindən asılı olmayaraq heç bir tərəfdə ciddi qəbul edilməyəb və maraq kəsb etməyib.Adamda azərbaycanlılıqdan əsər-əlamət görünmür.O, bütün milli keyfiyyətlərini itirmiş kosmopolitdən çok yaxası xaçla dolu rus generalına bənzəyir.

İsa 2019-02-18 14:50:39

Milli olmayandan beynəlmiləl və əksinə beynəlmiləl olmayandan milli olmaz!R.İbrahimbəyov erudisiyalı,əxlaqlı,vicdanlı ziyalı,orijinal və spesifik sənətkarlığı ilə xalqımızı dünya çapında ləyaqətlə tanıdan vətəndaş mövqeli kübar bir insandır!Ona bir daha(80 illik təbrikinə qoşulmuşdum ) cansağlığı və yaradıcılığında uğurlar arzulayıram!

t.ədalət 2019-02-18 14:50:39

Rüstəm İbrahimbəyov əli ermənilərin ətəyində olan birisidir.Vətənpərvərliyi-zadı yoxdur.Həmişə ermənilərin yanında olub.erməni sevdasına görə milli duyğusu olanlar,Qarabağ cəbhəsində itki verənlər və yara alanlar heç vaxt Rüstəmin yanında dayana bilməz...

Son yazılar