Rusiya azərbaycanlı ordusu yaradır – Hədəf NATO

Rusiyada miqrantlara hərbi xidmət qarşılığında vətəndaşlıq verilməsi ilə bağlı qanun layihəsi İctimai Palataya göndərilib. Məqsəd qanun layihəsinin ictimai legitimliyini təmin etməkdir.

Publika.az-a bu barədə Moskvadakı Azərbaycan diasporundan məlumat daxil olub.

Məlumata görə, Rusiyadakı miqrantlar arasında bununla bağlı təbliğat da başlayıb. Mənbə bildirir ki, NATO təhlükəsi və müharibə ehtimalı Rusiyanın belə bir addım atmağa sövq edir. Belə ki, Moskva xarici təhlükələr olacağı təqdirdə daxildən zərbələrin olması ehtimalının qarşısını almağı düşünür. Ən böyük təhlükə isə miqrantlardan gələ biləcəyi hesab edilir.

Digər tərəfdən, bu, vətəndaşlıq almaq üçün növbəyə dayanan miqrantların ələ alınması anlamına gəlir. Beləliklə, vətəndaşlıq üçün hərbi xidmət keçməyə razı olan miqrantlar dövlət qarşısında öhdəlik də götürəcəklər. Məlumat üçün bildirək ki, belə bir təcrübə Tacikistanda var. Belə ki, 201-ci diviziyada tacik və özbəklər müqavilə əsasında xidmət edir. Diviziya fransızların xarici legionlarına bənzər formada yaradılıb.

Mənbə bildirir ki, yaradılacaq miqrant orduları millətlərdən ibarət diviziyalar formasında ola bilər.

Qeyd edək ki, bu ilin aprel ayında Rusiya Dövlət Dumasına belə bir qanun layihəsi təklif olunub. “Rusiya miqrantları ittifaqı”nın təşəbbüsü ilə hazırlanan qanun layihəsinə görə, əvvəlcə Rusiyada doğulan miqrant uşaqları, sonrakı mərhələdə isə öz ölkəsində hərbi xidmət keçməyən, yaxud bunu istəməyən miqrantlar rus ordusunda hərbi xidmət keçməklə vətəndaşlıq ala bilərlər.

Dumanın müdafiə məsələlər üzrə komitəsinin üzvü Viktor Vodolaskiy məsələni belə şərh etmişdi: “Rusiya ordusunda xidmət keçmək miqrant uşaqları üçün kifayət qədər problemli məsələdir. Bu qanunvericilikdə həllini tapmalıdır. Rusiya vətəndaşlığını almamış, amma bizim ölkən ərazisində doğulmuş miqrant uşaqları orduda xidmət keçmək, hətta zabit olmaq istəyirlər. Biz bu məsələni komitənin ən yaxın iclaslarında müzakirə edəcəyik”.

O, hərbi xidmət əvəzinə miqrantlara Rusiya pasportu verməyi təklif etdiklərini açıqlayıb. Məlumatlara görə, qanun layihəsi ictimailəşdirildikdən sonra Dumanın müzakirəsinə veriləcək. Qanunun qəbulu ehtimalı böyükdür.

Burada diqqətçəkən məqam Moskvanın postsovet ölkələri üzərində hazırladığı ssenaridir. Misal üçün, Rusiya torpaqlarında 2 milyondan çox azərbaycanlı işləyir. Onlardan 600 minə qədəri rəsmi qeydiyyatdadır, amma vətəndaşlıq alanların sayı 200 minə çatmır. Yəni, bu dəyişiklik qüvvəyə minsə, Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıların Rusiya ordusuna axınına səbəb ola bilər.

Digər tərəfdən, bu, Azərbaycan ordusunda potensial çağırışçı problemini yaradacaq. Belə ki, əvvəlki illərə nisbətən azalma müşahidə olunsa da, bu gün hərbi xidmət keçmək istəməyənlərin Rusiyaya üz tutduğu məlumdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar