Strateji Araşdırmalar Mərkəzi ləğv olunduğunu elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv olunduğunu elan edir.

“Report” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Mərkəz kreditorlarına müraciət edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1005, Nəsimi rayonu , Mirzə İbrahimov küçəsi 8 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir.

635x100

Şərhlər

yusif-1313 2019-02-18 17:25:28

Bəs belə mənasiz təşkilata xərclənmiş vəsaitin hesabati kimdən tələb olunacaq?

hellas 2019-02-18 17:25:28

Vay dədə!! Bəs bundan sonra "Stratejimizi kim araşdıracaq!". Bizi yetim qoymayın, yediyiniz milyonlar haram xoşunuz olsun (burnunuzdan gəlsin), siz də başladız erməni dəyirmanına su tökməyə, höküməti yarı yolda qoyub qazmaq kişilikdən dəyil!!!!!!!

Son yazılar