Rusiya neft hasilatına görə Səudiyyə Ərəbistanını keçib

2018-ci ilin dekabr ayında Rusiya gündəlik 10,738 milyon barel göstərici ilə neft hasilatı baxımından dünyada ikinci olub.

"Report" xəbər verir ki, bunu Neft Statistikası üzrə Birgə Təşəbbüs Təşkilatının (JODI) məlumatlarından görmək olar.

Bununla Moskva Ər-Riyadı keçərək dünya liderliyində yalnız Vaşinqtondan geri qalıb.

ABŞ ötən ilin dekabr ayında gündəlik orta hesabla 11,658 milyon barel (0,3% azalma), Səudiyyə Ərəbistanı isə 10,643 milyon barel (4,06% azalma) neft istehsal edib. Rusiyanın neft hasilatı isə ötən ilin noyabr ayı ilə müqayisədə 0,08% artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar