Neapolda 30 mafioz saxlanıldı

Dərc olunub: 18/02/2019 - 17:53

italy_police_100216İtaliyanın Neapol şəhərində Kamorra mafiyasına qarşı xüsusi əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.

Sekuino klanına qarşı keçirilən əməliyyat zamanı atəş səsləri də eşidilib. Hadisə zamanı xəsarət alanlar olmayıb.

Saxlanılanlar barəsində hədə-qorxu yolu ilə pul vəsaitlərinin mənimsənilməsi, qanunsuz silah saxlama və narkotik vasitələrin yayılması kimi ittihamlar irəli sürülüb.








loading...


Fikrinizi bildirin