“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb

Dərc olunub: 18/02/2019 - 17:58

6fdfec76-9598-4b09-9f60-2f413b70795a“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb.

Bu barədə xəbəri “Report”a AZAL-ın sözçüsü Paşa Kəsəmənski təsdiqləyib.

Onun sözlərinə görə, uçuşun həyata keçirildiyi “Embraer” markalı sərnişin təyyarəsində nasazlıq yaranıb. Sərnişinlər Bakıya AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıdacaqlar.








loading...


Fikrinizi bildirin