Azərbaycan əhalisinin gəlirləri 6%-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrünə nisbətəmn nominal ifadədə 6,1% artaraq 3,8 mln. manata çatıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlir isə illik müqayisədə 5,3% artaraq 385,2 manat təşkil edib.

635x100

Şərhlər

Hesabi-Stat 2019-02-18 18:34:18

Statistika rəqəmdir. Artan gəlir əsasən "İş sahibləri"nə qalan hissədir. Real gəlir isə Üstə gəl vergidən gizlədilən, məmurlara və digər fondlara "otkat". Yükksək orta maaş isə vöenlə modal və fasiləli işlərdir ki, eyni anda məşguliyyəti də formal yüksəldir. 12 aya bölsən dilənçi pulu. Altı milyon(38-45% deyil) iş qabiliyyətlinin cəmi bir milyonuna daimi iş var!? İqtisadi-ictimai fəlakət. Sıravi vətəndaşın Bircə ümidinə-maaşına da 0,8(6,1-5,3)% əl qatıblar. Güclü Kapitalın acgöz istismar qanunu?

Məhərrəm Vəliyev 2019-02-18 18:34:18

Maraqlı hesablamadır.İş qabiliyyətiolanların 38-45 %-i işsizdir.Bu necə hesabatdıer ki, belə rəqəmlər ortaya çıxır.İnsanların əsas kütləsinn (işləyənlərin) maaşları 200-300 manat olduğu halda əsassız olaraq yüksək maaş alanlar hesabına rəqəmi yüksəltməklə ( bu da 15 il ərzində pensiyaların 12 dəfə artırılmasına bənzəyir-amma məbləğcə artım göstərməkdən çəkinirlər)insanları aldatmaq nə dərəcədə əsaslı sayıla bilər? Gözə kül üfürməyə bənzəyir.

yusif-1313 2019-02-18 18:34:18

Bəs xərcləri nə qədər artib?

Azərbaycan vətəndaşı 2019-02-18 18:34:18

Həqiqəti əks etdirməyən məlumatlar yayan Statistika komitəsini çoxdan ləğv etmək lazımdır.

Son yazılar