Bakıda yarımtikilidə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti aşkarlandı

Dərc olunub: 18/02/2019 - 18:57

constraction_180219Bakıda yarımtikilidə tapılmış meyitin şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, fevralın 12-də paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsi 97 ünvanındakı yarımtikilidə üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı həmin meyitin Yasamal rayonu, S. Dadaşov küçəsi ev 72, mənzil 45-də yaşayan, əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan, tüfeyli həyat tərzi keçirən, 1975-ci təvəllüdlü Rüstəmov Bəxtiyar Ağamalı oğlu olduğu müəyyən edilib.










loading...


Fikrinizi bildirin