Kürəkən qayınatasına məxsus mal-qaranı oğurlayıb

Salyan rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini Gülağa Salman oğlu Salmanov polis şöbəsinə gələrək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan 5 aylıq balasının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rabil Qəribağa oğlu Rəhimov və onun tanışları, Lerik rayonunun Züvüç kənd sakinləri - Müşfiq Şirməmməd oğlu Quliyev və qardaşı Xoşbəxt Şirməmməd oğlu Quliyev Masallı rayonunda heyvan bazarında saxlanılıblar.

İlkin istintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən R.Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar