Boliviyada avtobus yük maşını ilə toqquşub, 24 nəfər ölüb

Bazar ertəsi Boliviyanın qərbində avtobus ilə yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.

Yaralılar Oruro şəhər xəstəxanalarına çatdırılıb. Onlardan bəziləri ağır vəziyyətdədir.

İlkin məlumatlara görə, avtoqəza hava şəraitinin pis olması səbəbindən baş verib. Qəzanın olduğu ərazidə güclü yağış yağıb.

Daha əvvəl ABŞ-da avtobus qəzaya uğrayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar