Suriyadakı terrorçular Avropa İttifaqından kömək istəyirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya kürd terrorçularının «nümayəndəsi» Aldar Xəlil ABŞ ordusunun Suriyadan çıxmasından sonra, Türkiyənin şimal-şərq sərhədi boyunca beynəxalq qüvvələrin yerləşdirilməsinə çağırış edib.

Onun sözlərinə göpə, İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra, bölgə üzərində yeni təhlükə yaranıb - Türkiyənin hərbi müdaxiləsi. Məlumdur ki, Türkiyə həmin ərazilərdə yerləşən terrorçu YPG dəstələrini məhv edəcəyini elan edib. Ancaq Türkiyə, ərazidəki dinc kürd sakinləri terrorçu saymır və onlara qarşı hərbi əməliyyt keçirmək niyyətində olmayb.

Xəlil beynəlxalq kolalisiya qüvvələri ilə birlikdə İŞİD-ə qarşı vuruşduğuna görə, Avropa İttifaqının kürdlər qarşısında «mənəvi öhdəlik» daşıdığını xatırladıb.

Xüsusilə o, kömək üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Fransaya müraciət edib və bildirib ki, imtina olunacağı təqdirdə, «kömək üçün Suriya rejimi ilə danışıqlara» başlamaq məcburiyyətində qalacaqlar.

«Fransa, BMT Təhlükəsizlik Şurasında bizə kömək üçün təklif verə bilər. Beynəlxalq qüvvələrin Suriya və Türkiyə arasında yerləşdiriməsini və ya bizim səmanın qorunmasını təklif edə bilər» - deyə, Xəlil bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar