Qaradağda 26 yaşlı gənc itkin düşüb
Baxiş sayı:
Dərc olunub:
18/02/2019 - 23:04
Bakıda gənc itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Yasəmən Qurban qızı Nəbiyeva polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 1993-cü il təvəllüdlü Gülşad Akif oğlu Nəbiyev fevralın 12-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.