"YAĞ DA ŞOR QİYMƏTİNƏDİR..." - Və ya «Pensiya məzhəkəsi»nin fəsadları

Bir qrup lerikli pensiyaçı Prezident İlham Əliyevə müraciət etdi

Məlumdur ki, bir müddət əvvəl Azərbaycan hökuməti pensiya islahatı adı altında yeni «Pensiya haqqında qanun» qəbul edib. İslahat adlanan fəaliyyət mahiyyət etibarilə, irəliyə - inkişafa doğru addım rolunu oynamalıdır, yoxsa ki, o, məzhəkədən başqa bir şey olmayacaq, məsələn belə: «Pensiya məzhəkəsi»...

Yerli KİV-ə edilən vətəndaş müraciətləri, ekspert rəyləri, müşahidələr göstərir ki, Səlim Müslümov, Hadı Rəcəbli kimilərin işləyib hazırladığı yeni «Pensiya haqqında qanun» məzhəkədən başqa bir şey deyil. Bu gün Lerik rayonundan olan bir qrup pensiyaçının "AzPolitika.info"ya daxil olmuş müraciəti («Yağ da şor qiymətinədir») belə deməyə yetərincə əsas verir.

Müraciətdə deyilir: «Hörmətli redaktor! Bu müraciətimizi Prezident İlham Əliyevə göndərsəydik, ona çatmazdı - Prezident aparatı onu nazir Sahil Babayevə göndərəcəkdi, nazirliyin ümumi şöbəsi isə bir əməkdaşa ünvanlayacaqdı ki, o da bizə bir «nağıl» yazacaqdı. Ona görə, KİV-ə yazdıq ki, Prezidentin, nazirin baş verənlərdən xəbəri olsun - bəlkə dərdimizə bir əlac oldu...

Pensiyanı Prezident, nazir hesablamır - mütəxəssislər hesablayırlar - onlar da xalqı hökumətdən narazı salırlar. Buna bircə misal gətirmək istədik. Əksəriyyətimiz 35-45 il əmək stajı ilə pensiyaya çıxmışıq, yaş həddimiz 64-70 arasındadır. Ali təhsilli mütəxəssislərik. Bu müraciətimiz nazir Sahil Babayevin son dövrdə pensiya haqqında mətbuatdakı çıxışları ilə əlaqədardır.

Nazir çıxışlarında bildirir ki, minimum əmək haqqı 180 manata qaldırılıb, minimum pensiya isə 160 manat olacaq. O, bildirir ki, son 3 ildə əmək haqqı 7 dəfə artırılıb, 1300 nəfər saxta əlilliyə görə aldığı pensiyadan məhrum edilib və s.

Bəzi fəaliyyətinə görə, cənab naziri dəstəkləyirik. Ancaq pensiyaların hesablanmasında «düşmən əli» var. Ölkəmiz inkişaf edib, dövlət büdcəmiz formalaşıb, amma bəzi məmurlar xalqa qarşı düşmənçilik yolunu tutublar.

Minimum əmək haqqının 180 manata çatdırılması, bəzi pensiyaların artırılması, alim və tələbələrin təqaüdlərinin artırılmasına görə, hökumətə təşəkkür edirik. Minimum pensiyanın 160 manata qaldırılması ilə bağlı bir epizodu önə çəkmək istəyirik.

Pensiyaçılardan biri də mən, Şahiyev - 35 il əmək stajı ilə 2018-ci ilin yanvar ayında pensiyaya çıxmışam. Amma əmək stajımın 5,2 ilini «kəsiblər». 1973-cü ildə işlədiyim kolxozun göndərişi ilə ali məktəbin hazırlıq şöbəsinə qəbul olnmuşam, imtahan verib ali məktəbə daxil olmuşam. Əyani oxumuşam və 1977-ci ildə həmin ali məktəbi bitirmişəm. Oxuduğum dövrdə təqaüdümü kolxoz ödəyib. Ai məktəb mənim əmək kitabçama əmək stajımı qeyd edib. Məktəbdən təyinatla həmin kolxoza qayıtımışam...

Stajımın kəsilməsi ilə bağlı nazirliyə müraiət etmişəm. Mənə cavabları belə oldu ki, pensiya haqqında qanunda belə şeylər nəzərdə tutulmayıb. Mən, 25 il dövlət təşkilatlarında baş mütəxəssis, müdir işləmişəm, 250-270 manat əmək haqqı almışam. Mənimlə paralel işləyən digərlərinin əmək haqqı 125 manat olsa da, onlara 190-250 manat pensiya hesablanıb, mənə isə 135 manat! Bu, necə hesablamadır?...

Sovetlərin dövründə müharibədən təzəcə çıxmış dövlət 1948-56-cı illərdə əmək haqqını bir neçə dəfə artırıb, vergiləri azaldıb, digər kommunal xərcləri aşağı salıb. Amma indi əhali artırılmış minimum əmək haqqını, pensiyanı almamış, 20 manata satılan 50 kiloqramlıq un 2 aydan artıqdır ki, 30 manata satılır. Digər ərzaq və gündəlik tələbat mallarının qiymətləri də artırılıb. Bu işlərə baxan məmurlar bəs, nə ilə məşğuldurlar? Bəzi nazirlər, ağzıgöyçək-yaltaq məmurlar efirdən minimum əmək haqqının, pensiyaların artımından dəm vururlar.

Artırılmış əmək haqqı və ya pensiya nəzərə alınmaqla, sadə bir hesablama aparaq. Dörd nəfər üzvdən ibarət bir ailənin (torpağı və şəxsi təsərrüfatının olmadığı halda) aldığı 160 manat pensiya onun aylıq kommunal və ərazq xərclərini qarşılaya bilərmi?

Dövlət büdcəmiz ilbəil artır. Bildirirsiniz ki, 1300 nəfərin saxta əlilliyə görə pensiyası ləğv edilib - 1 milyon manat vəsaiti geri alıbsınız. Əhsən! Bu saxtakarlıqlar sizə qədər baş verib. Hazırda qeydiyyatda olan əlilliyə görə pensiya alanların 50 faizindən çoxu saxta sənədlərlə pensiyaya çıxıblar.

Dövlət qulluğu ilə pensiyaya çıxanlar eşitdilər ki, dövlət qulluğu stajı 25 il olmalıdır ki, vətəndaşa dövlət qulluğuna görə, yüksək pensiya hesablansın. Amma onların çoxu pensiya yaşına 2-3 il qalmış, 2015-2017-ci illərdə saxta xəstəlik kağızları ilə pensiyaya çıxıblar - araşdırsanız, ayda aldıqları 10 milyon manatı geri götürərsiniz...

Müraciəti hazırlayanda 45 nəfər idik, sonradan 16 nəfər ona imza etmədi və bildirdi ki, imza etsək, aldığımız qəpik-quruş pensiyanı da kəsəcəklər...»

İMZALAR:

1.Sahiyev Miris

2.Savrenov Gulləddin

3.Quliyev Ramiz

4. Cabbarov Qəhrəman

və digər 25 nəfər pensiyaçı.

P.S. Müraciətdə yazılanlara Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

AzPolitika.info

635x100

Şərhlər

Türk 2019-02-19 09:50:03

Hakimiyyət bu addımlarla öz reytinqini artırmaq istəyir.Lakin düşünmürlər ki,qatar çoxdan gedib.Bu millət artıq hər şeyi yaxşı bilir.

pensiyaçı 2019-02-19 09:50:03

Bəli yağ da şor qiymətinədir. 01-01-2019 cu ildən hesablanan 3% artım da düz hesablanmayıb.elə adam var ki 6% hesablanıb.bu nə deməkdir.vaxtı ilə yaxşı işləyib yüksək pensiya alana 3% hesablayıblar, min cür əyri yollarla pensiyaya çıxanlara 6%. bəli yenidən hesablanmalıdır,belə biabırçilq olmaz.bİR Gün dəvə ağlayır.Soruşurlar ay dəvə niyə ağlayırsan.Deyir ağlamayım neyləyim.məni eşşəyin arxasına bağlayıblar.ona görə ağlayıram.

Nadir. 2019-02-19 09:50:03

Bismillahir-Rəhmanir-Rəhim Müraciətdə deyilir: «Hörmətli redaktor! Bu müraciətimizi Prezident İlham Əliyevə göndərsəydik, ona çatmazdı – Prezident aparatı onu nazir Sahil Babayevə göndərəkəçdir.Siz hardan bilirsiniz ki,S.Babayevə göndərəkəçdir?Mən bu nazirlikdə olan biabırçılığlar haqqında 8 aydır ki, Prezident Administrasiyasına dəfələrlə yazıram, faktları dəqiq göstərirəm tədbir görülsün. Prezident Administrasiyasının bəzi məmurları Dövlət başçısına kömək etmək və tədbir görmək əvəzinə Qarabağ müharibəsinin veteranına, 79 yaşındakı təqaütçüyə cavab verməməyi susmağa yəni cavab verməməyə üstünlük verdilər! Daşdan səs çıxdı, onlardan səs çıxmadı. Belə bir biabırçılıq olarmı? Siz aparatın məmurları Prezidenti belə dəstəkləyirsiniz? Bunlar Prezidentə və Dövlətimizə qarşı Siz məmurların xəyanəti deyilmi?Adam baxanda dəhşətə gəlir, bura Azərbaycandır, yoxsa, haradır? Məhz belə mənzərə ən azı,vətəndaşların hüquqlarından məhrum etməkdir. Belə allahsızlıq olmaz.

Köhnə azərbaycanlı 2019-02-19 09:50:03

Azərbaycanda insanların aldığı maaş və təqaüdün 70-80%-dən çoxu gündəlik təlabata, əsasən də ərzağa və işıq, elektrik, suya xərçlənir.Maaş və ya pensiyanın artım sorağı eşidilən kimi marketlər artıq qiymətləri qaldırırlar.Bizim analoqu olmayan ölkədə isə pensiya artımı illik infilyasiya ilə deyil illik maaş artımı ilə hesablanır.Deməli bu məntiqlə belə çıxır ki illik infilyasiya nəqədər olursa olsun illik maaş artımı olmayıbsa pensiyalar artmayacaq?Cənab hökümət məmurları, məktəb şagirdi də bilir ki, verilən təqaüdlər əsasən ərzağa xərclənir və əgər ərzağın qiyməti qalxıbsa təqaüd infilyasiyaya uyğun qalxmayıbsa pensiyaçının vəziyyəti necə olacaq (əlbətdəki əgər infilyasiya %-i də sta-tika tərəfəfində düz hesablanıbsa).

Vetendas 2019-02-19 09:50:03

Men bawa duwmurem, hec vaxt eziyyet cekib iwlemeyen, orta savadli da 160azn pensiya alacaq, ali savadli ve iwlemiw wexs de? Bu nece pensiya hesablamaq qaydasidir? Dogrudan da yag da wor qiymetinedir. Eger minimum pensuya 160 azn olursa, o buri pensiyalar da muvafiq wekilde emsallawdirilmalidir. Cox edaletsiz qaydadir

Azərbaycan vətəndaşı 2019-02-19 09:50:03

Pensiyanın artım faizini mütəxəsislər müəyyən etmir.Bunu ƏƏSMN və daha yüksək qürumlar müəyyən edir.Mütəxəsislər də təyin olunmuş faizə əsasən artımı hesablayırlar.

Köhnə azərbaycanlı-ardı 2019-02-19 09:50:03

Xatırlayırsınızsa TL-nin düşdüyü vaxtlarda qardaş Türküyə TV-lərində məmurlar supermarketləri gəzərək qiyməti lazımsız qaldırılan mallara görə böyük cərimələr tətbiq edirdilər.Halbuki onlarda TL dollara nisbətən dəyərdən düşmüşdür, bizdə isə şükürlər olsun ki manat dollara nisbətən sabitdir.Bəs qaiymətlər niyə qalxmalıdır?Buna nökümət nəzarət etməli deyil?Ümumiyyətlə fikrimcə illik təqaüd artımı illik maaş artımına uyğun deyil illik infilyasiya artımına uyğun hesablanmalıdır.Yəqin ki bu haqda hörməli Prezdentimizi düzgün məlumatlandırsalar bu qərar dəyişdirilər.

Yalavac 2019-02-19 09:50:03

Yağı yada saldınız. Hər günə gərəkli təbii inək Kərəsi iki ildə 2 qat bahalanıb. Alıcılıq nə qədər artırılıb?

Alı 2019-02-19 09:50:03

Mən 30 il dövlət işində işləməklə həmin dövrlərin ən yüksək maaşlarını almışam.2006-cı ildən indiyə dək isə iş olmadıgından cəmi 3 il işləmişəm.Normal pensiya təyinatı olsa mən yüksək pensiya almalı idim.Amma yeni pensiya haqqında qanunla mənim 2006-ci ilə qədər ödədiyim sıgorta haqları zibilliyə atılır və o dövrə qədər hamıya inkubator kimi eyni yanaşacaqlar.2006-cı ildən sonra işlədiyim 3 ilə görə isə mənə heç pensiya düşməyəcək.Bu qədər rəzillik olarmı?Bəs mənim 30 il ödədiyim pullar hanı?

Bashirov Qarib 2019-02-19 09:50:03

Agsaqqalların muraciəti yaxşıdır,amma,misal gətirdikləri -160man.4 nəfərdən ibarət ailənin komunal və ərzagına çatmır yazmaqları məntiqsizdir.Pensiya onun uçun deyil ki,butöv bir ailənin xərclərini qarşılasın.Pensiyaçının özunun xərclərini isə qarşılaya bilər.Dərmanların baha olması isə boyuk əngəldir. Ya dərmanlar pensiyaçılara guzəştlə satılsın, ya da tibbi sıgorta haqqında qanun quvvəyə minsin.Analoqu olan mədəni ölkələrdə məhz, bu curdur.

EJDER 2019-02-19 09:50:03

EWWI ,XEYRI YOXDUR.SAXTAKARLIQ EDENDE OZLERIDI.AILE PODRADIDI,KIM KIMEDI,WIM WIMEDI,GUM GUMEDI...YAZDIQINIZA O SAAT REAKSIYA VERILECEK...HA HA HA.ESAS INKIWAFDU,BRAVODU,KAPITALDU VE S . SAROKAZI CANI...KATAKOMBA YADDAN CIXDI

vidadi 2019-02-19 09:50:03

m. sulumovun hazrladigi pensiya qanunu legv edilmelidir,yeni qanun qebel edilmelidir ve pensiyalar masha gore teyin olunmalidir.

Son yazılar