HÖKUMƏT DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI QƏRAR HAZIRLAYIR - Müzakirələr başlayıb

Mərkəzi Bank və Maliyyə Nazirliyinin banklarla müzakirələrə başladığı, dəqiq və işlək mexanizm hazırlanmasının 2-3 ay vaxt apara biləcəyi deyilir

Ölkə rəhbərliyinin atdığı bir sıra addımlardan sonra üç ildən çoxdur əhalini narahat edən əsas problemlərdən biri - vaxtı keçmiş kreditlər məsələsi də gündəmə gətirilib. Milli Məclisin üzvü Vahid Əhmədovun ölkə prezidentinə bu problemin həllinə dəstək verməsi ilə bağlı müraciət etməsindən sonra bir sıra ekspertlər məsələnin həllinə dair təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard 585 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 2,6 faiz azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2 faiz təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4 faiz, ötən ilin əvvəlinə isə 13,8 faiz olub.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda 700 min nəfərdən çox insanın problemli krediti var. Bundan əlavə, mövcud problemli kreditlərin 95 faizindən yuxarısı xarici, əsasən isə ABŞ dollarında olan kreditlərdir. Onların böyük əksəriyyəti 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranıb.

Qaytarılmayan kreditlərlə bağlı bank müraciətləri əsasında vətəndaşlara qarşı qaldırılmış məhkəmə iddialarının sayı 100 minlərlə ölçülməkdədir. Yüz minlərlə insanın əmlakına, əmək haqqına əl qoyulub, ölkədən çıxışı yasaqlanıb. Bütün bunlar isə əhalidə ciddi narazılıqların yaranmasına gətirib çıxarıb.

Buna görə də məsələnin geniş çevrələrdə müzakirəsindən sonra bütün nəzərlər ölkə rəhbərliyinə dikilib. Musavatşcom-un  məlumatına görə, Azərbaycan hökuməti geniş ictimaiyyətin ən çox gözlədiyi addımlardan birini atmağa - problemli kreditlər məsələsinə əl qoymağa hazırlaşır. Bu məqsədlə Mərkəzi Bank, Maliyyə Nazirliyi və banklarla müzakirələrin aparıldığı bildirilir.

Məlumata görə, dövlətin problemin həllinə dəstəyi iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə ödənməmiş hissəsi 1500 dollara qədər olan bütün kreditlər banklar tərəfindən güzəşt kimi ləğv ediləcək. Bu zaman yaranan maliyyə yükünü banklar çəkəcək.

1500 dollardan 5000 dollara qədər olan kreditlərin isə mühüm bir hissəsinin dövlət tərəfindən qarşılanacağı, qalan cüzi hissəsinin ödənişi üçün vətəndaşlara daha uzun və faizsiz müddət müəyyənləşdiriləcəyi gözlənilir.

Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda banklardan problemli borclarla bağlı məlumatlar toplanmaqdadır. Həmin məlumatların analiz olunması və ümumiləşdirilməsi prosesinin bir qədər zaman aparacağı gözlənilir. Buna prosesi ağırlaşdıran bəzi amillər təsir edir. Bunlardan birincisi bankların problemli kreditlərin sayını və məbləğini gizlətməyə çalışmaları ilə bağlıdır.

Belə ki, əksər banklar ümumi göstəricilərinin pisləşməməsi üçün qaytarılmayan xeyli miqdarda krediti problemli kreditlər siyahısına daxil etmirlər. Bundan əlavə, banklardakı problemli kreditlərin xeyli hissəsi bank rəhbərləri və onlara yaxın çevrələrə verilmiş irihəcmli kreditlərdir. Bu səbəbdən də banklar onlar barədə məlumatları açıqlamaqda həvəsli deyillər.

Nəhayət, bir çox vətəndaşlar var ki, ödəniş imkanları olsa da, kreditləri qaytarmaqdan imtina edirlər. Bütün bunlar problemin həlli üçün dəqiq və işlək mexanizm hazırlanması müddətinin uzanmasına, azı 2-3 ay vaxt aparmasına səbəb ola bilər.

"AzPolitika.info" qeyd edir ki, dollar kreditləri ilə bağlı problemin həlli istiqamətində addımların atılacağına Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dünən "Facebook" səhifəsindən paylaşdığı yazıda da işarə vurulub. Sitat: "Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhidə 11 min kompensasiya vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq".

635x100

Şərhlər

mehdi 2019-02-19 09:21:55

Dolların qiyməti qalxacaq xəbərini salin ortaya dollarla krediti olub ödəməyən hamisi ödəyəcək.bunu ikinci devalvasiya düşənlərə aiddir.birincisindəkini həll etmək lazimdir.bilmirdilər.........Fikrət bu hamiya olmalidir.borcu olanin borcuna,olamyanin cibinə.

fikrət 2019-02-19 09:21:55

Borc kreditlərdən əlavə hər ailəyə 1000 manat hər ay verilməlidi onda xalqla dövlət arasinda sevği o Məhəbbət olar

Zaur 2019-02-19 09:21:55

.... xalqdan oğurladıqları pullarla özlərinə banklar yaradaraq xalqın pulunu xalqa yüksək faizlə borca verdilər. Sonra gecənin birində devalivsiyaya qərarı verərək cəmiyyəti aldatdılar. Daha sonra xalqı məhkəməyə verdilər ki, "ey xalq səndən oğurlayaraq sənə kredit verdiyim pulları yüksək kursla mənə qaytar"!

Şamaxili 2019-02-19 09:21:55

Azərbaycanda yaşayan əhalinin 80 faizindən çoxu illərdi haqsız əziyyət çəkdiyi və əksəriyyətbinin 78 qəpiklə verilən dollarla kreditin 1.83 manat hesabılə məhkəmələr vasitəsilə ödənilməsinə nail olduqdan sonra belə minnətli diqqətə təəssüf edirəm...Bəs Konctitusiya Məhkəməsi nə fikirləşir...

elmira qurbanova 2019-02-19 09:21:55

Aferin hokumetimize Amma bir az gec oldu.Insallah guc olmaz.

Cəmşid Dərələyəzli 2019-02-19 09:21:55

Yaxşı olar Əli müəllimdə daxil, Maliyyə Naziri və Mərkəzi bankın rəhbərliyi zamanında xalqa verilmiş və onların əllərində qalmış vauçerlərin də taleyinə bir aydınlıq gətirərdilər. Bunun isə ən asan həlli yolu, dövlət əmlakının növbəti özəlləşmə kompaniyasında alınacaq əmlkaların 20-30 faizinin vauçerlərlə ödənilməsi hesabına həll etmək olar. İkinci həll yolu isə dövlət özünün əlavə imkanları ilə həll edə bilər.

yusif-1313 2019-02-19 09:21:55

Hörmətli Əli müəllim!BU Problemin mövcudlugunu 5 ildir ki bütün Azərbaycan xalqi deyirdi.Cox təssüf ki Siz 5ildən sonra problemin həllinə diqqət yönəldirsiniz.

tahir 2019-02-19 09:21:55

dovlət muəssisələrində işləyən işçilərin də özəl sektorda çalışanlar kimi gəlir vergisinə baxmaq lazımdır.az mmaş alanlarin sosial və pensiya təminatı üçun yaxşiolardi ki onlarin da siğorta faizini 3 %-dən 5%- qaldirmaqla gəlir vergisini 14 faizdən 1000 manata qədər 5%.1500-2500 manata qədər 6 faiz.2500 manatdan 3500manata qədər 8 %-ə və s.endirilsə yaxşı olardivə işəgöturənlər üçün siğortanı22 faizdən 20 faizə endirməklə muəssisəlırə xərclərini azalmaq imkani verilərdi NƏzərə alsaq tibbi siğorta üçün də

Azərbaycan vətəndaşı 2019-02-19 09:21:55

Millətin evini yıxandan sonra yuxudan ayılıblar.

vuqar 2019-02-19 09:21:55

tibbi sığortani surətləndirmək lazımdir 300-500 manat maaş alanlaribn vergisini azaltmaq lazımdir

Müfəttiş 2019-02-19 09:21:55

Vətəndaşları kütləvi olaraq banklardan asılı vəziyyətə salmaq, bizdə Dövlətin strateji siyasətidir ki, özünü tam doğruldur...

Bashirov Qarib 2019-02-19 09:21:55

Cənab Əli Həsənov haqlıdır. Gunahkar Əli Kərimlidir.Əli Kərimli hakimiyyətdə olduqları vaxt dövləti talamasaydılar,korrupsiya və ruşvətlə məhv etməsəydilər,on milyardlarla borc göturub ölkəni asılı vəziyyətə salmasaydılar,biz də dolların məzənnəsini sabit saxlamaqla ölkəni böhrana duşməyə qoymazdıq.Əli Kərimli yaxşı olardı ki,taladıqların ödəsin ki,biz də problemli kredit məsələsini həll edək,insanlarımız intihar etməsin,ailələr dagılmasın.

EJDER 2019-02-19 09:21:55

HA HA HA ,ELDAR MAHMUDOVA GOSTERIW VERIN,EGER BACARIRSINIZSA...BUTUN KREDITLERI SLMEK IMKANINDADIR,SORAKAZI CANI...ELE EHTIYYATDA NECE ANALOQU OLMAYAN ...VAR

zakir 2019-02-19 09:21:55

axi banklarin faizi cox yuksek idi. onsuzda banklar qazanib da.. men inaniram ki cenab preziden bu islere el qoyacaq

Son yazılar