Ukraynadan Dağıstana 224 meyit göndərildi

Ukraynada separatçıların tərəfində döyüşən Dağıstandan olan silahlıların meyitləri ailələrinə göndərilib.

Axar.az xəbər verir ki, meyitlərin göndərilməsi olduqca gizli aparıldığı üçün bununla bağlı məlumat indi ortaya çıxıb.

Məlumata görə, göndərilən meyitlərin sayı 224 olub. Bu rəqəmin çox olması da istisna olunmur.

Onların əksəriyyəti Şali və Xanqalada döyüşlərdə iştirak etmiş muzdlular olub. Ukraynaya göndərilməmişdən qabaq onlar işdən azad ediliblər.

Cəmi bir neçə gün əvvəl Şaqada kəndində bağlı qobullarda dəfn mərasimi keçirilib.

Ukrayna hərbi rəsmiləri ölkə Dağıstan ərazisindən 400-ə yaxın döyüşçünün göndərildiyini və onların demək olar ki, hamısının məhv edildiyini bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar