ÇEÇEN-AZƏRBAYCANLI DAVASININ SƏBƏBKARI TAPILDI - Erməni çıxdı + VİDEO

Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub.Axar.az xəbər verir ki, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov apardığı jurnalist araşdırmasından sonra bu cür sensasion bəyanatla çıxış edib.

Abbasov özünün Rusiya hüquq-mühafizə orqanlarına ünvanlanan video-müraciətində münaqişənin ilk günündə çeçenlərin hansısa azərbaycanlını axtardığını bildirib: “Onlar Votsapda və digər sosial şəbəkələrdə bir-birilərinə həmin azərbaycanlının fotosunu göndəriblər. Çeçenlərin fikrincə, məhz həmin şəxs günahkar olub və onu cəzalandırmaq lazımdır. Bununla belə, azərbaycanlının adı qeyd olunmayıb”.

Daha sonra isə jurnalist çeçenlərin axtardığı həmin “azərbaycanlı”nın pasportunun şəklini göstərir. Məlum olur ki, bütün baş verənlərin günahkarı, çeçenlərin axtardığı şəxs özünü azərbaycanlı kimi qələmə verən Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyandır.

Qeyd edək ki, Abbasov videonun 06:44-cü dəqiqəsindən etibarən informasiyanı Azərbaycan dilində təqdim edir.

635x100

Şərhlər

X 2019-02-19 10:14:16

Fuad bey Allah sizi qorusun siz deyerli insansiz

yusif 2019-02-19 10:14:16

fuad abbasova milli qehreman adi verilmelidir

Bashirov Qarib 2019-02-19 10:14:16

Hökumətin milyonlar xərclədiyi,özunun seçdiyi diaspor təşkilatı, Moskvada fəaliyyət göstərən hökumətimizin səfirlik numayəndələrimiz.Bu boyda təxribat planlaşdırılıb,təkcə F.Abbasov araşdırır və qarşısını alır.Təyin olunmuş diaspor rəhbərliyinin arvadı erməni,kurəkəni erməni.

vidadi goyce 2019-02-19 10:14:16

o ermeni gedanida rus xususi xidmet metbexinde hazirlayib atiblar ortaya,vessalam

G M 2019-02-19 10:14:16

Müsəlmanlar niyə ``Dovşanı öldürəndən sonra qulaqlarını sayırlar``.Baxın buradadır məsələnin kökü

Son yazılar