"Hafiz Məmmədov nə varsa hamısını yandırdı, getdi..." - Fransada "Hafka" lətifəsi

Fransanı tvitt lətifələri başına götürüb.

Burada yazırlar ki, Azərbaycan Odlar yurdudur. Buna görə də Hafiz Məmmədov Lans klubu ilə bağlı nə varsa hamısını yandırdı, getdi. ( "Azerbaïdjan, terre de feu"... Vraisemblablement, Mammadov a décidé de tout cramer à Lens).

Məlum olduğu kimi, azərbaycanlı biznesmen Hafiz Məmmədov Lans klubunu aldıqdan sonra futbolçulara qızıldan dağlar vəd edirdi.

Amma Azərbaycan oliqarxlarının məngənəsinə düşən və özünün natəmiz oyunlarına düşərək cəzalandırılan Hafiz Məmmədovu indi Fransada çıraqla axtarırlar.

Lans klubu isə haqqında cinayət işi açılan, onsuz da özünün olmayan əmlakı və var-dövləti əlindən alınan Hafiz Məmmədovdan daha pis günə düşüb. /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar