DİM buraxılış imtahanlarının keçirilmə qrafikini açıqladı - CƏDVƏL

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb.

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək.

S/s İmtahan keçiriləcək bölgələr Buraxılış imtahanlarının keçirilmə tarixləri
Ümumi orta təhsil səviyyəsi üzrə (1-ci mərhələ) Ümumi orta təhsil səviyyəsi üzrə (2-ci mərhələ) Tam orta təhsil səviyyəsi üzrə
Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan

 

 

03 mart 2019

 

02 iyun 2019

 

07 aprel 2019

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran 10 mart 2019 09 iyun 2019 14 aprel 2019
Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı 17 mart 2019 16 iyun 2019 21 aprel 2019

Mərkəzdən bildirilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər. Bundan başqa, C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

DİM-in məlumatına görə, tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.

635x100

Şərhlər

AZƏR 2019-02-19 10:51:32

SİNAQ VƏ İMTAHAN QİYMƏTLƏRİNDƏ ABUTÜRİYENTLƏRİ NƏZƏRƏ ALIN Məleykə xanım.7 manatdan artiq qiymət olmaz axı

Son yazılar