Avtomobil yollarındakı vəziyyət açıqlanıb

Azərbaycanda hava şəraiti ilə bağlı avtomobil yollarındakı vəziyyət açıqlanıb.

“Report”un məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, bu gün saat 10:00 üçün Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır.

Onun sözlərinə görə, havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub: “Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur. Giləzi - Xızı yolunda qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır”.

Agentlik rəsmisi bildirib ki, Bakı - Qobustan yolunda da qar yağır, 1-2 dərəcə şaxta var: “Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Həmçinin, Qobustan-Şamaxı-Muğanlı yolunda güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub”.

Bundan başqa, Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib: “Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Bakı - Ələt - Hacıqabul yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

A.Nəcəfli deyib ki, Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi ndə də yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır: “Muğanlı – İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. İsmayıllı – Oğuz – Qəbələ - Şəki yolunda qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır”.

Qurum rəsmisi əlavə edib ki, Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yağış və sulu qar yağır: “Nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır. Gəncə-Daşkəsən - Xoşbulaq yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Həmçinin, Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Lənkəran – Lerik yolunda yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul – Bəhramtəpə – Horadiz yolunun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar