Banka getmədən hesab açmaq mümkün olacaq

Azərbaycanda bank hesablarının açılması ilə bağlı yeni qaydalar hazırlanıb və müzakirədədir.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov məlumat verib.

“Bu qaydalar bazara bir sıra yeniliklər gətirəcək. Vətəndaşlar evdən və yaxud iş yerindən bank hesabı aça biləcəklər”, - deyə o, qeyd edib.

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, İcbari Sığorta Bürosunda da rəqəmsallaşma ilə bağlı yeniliklər olacaq: “ASAN finans" sisteminin və bu layihə çərçivəsində “Elektron hökumət” portalının verdiyi imkanlardan istifadə etməklə könüllü və icbari sığorta bazarını genişləndirmək mümkündür. Maliyyə sektorunun ana hədəflərindən biri rəqəmsallaşma, müştəri məmuniyyətinin təmin olunmasıdır. Ötən il cari hesablar üzərindən elektron əməliyyatlarin payı 24%-ə çatıb ki, bu da təxminən 2 dəfə artım deməkdir. Lakin biz bununla kifayətlənməməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar