Moskvada miqrantlar 100 minlik etiraz aksiyasına hazırlaşır

Moskvada çalışan tacik miqrantlar böyük mitinqə hazırlaşırlar.

Rusiyanın «Komsomolskaya pravda» qəzeti etiraz aksiyasına 100 minədək adamın qatılacağını və bu məlumatı diaspor liderlərindən aldığını yazır.

«Tacik əmək miqrantları» hərəkatının başçısı Sаrоmаt Sharipov-un sözlərinə görə, təkcə Moskvada və Moskva vilayətində azı yarım milyon tacik miqrant var:

«Onların çoxu bazarlarda çalışsa da, əslində girov saxlanırlar. Heç bir hüquqları yoxdur. «Briqadir» deyilən adamlar birgecəlik yataq üçün hərədən ayda 5-6 min rubl (təxminən 150 manat-red.) toplayır və onlar elə bazardaca gecələyirlər. İnsanlar aylarca bazar ərazisindən qırağa çıxmır və heç bir istirahət günü olmadan sutkada 15 saat o ki var işləyirlər. Bəzi bazarların necə mühafizə edildiyini görmüsünüz? Silah-yaraqda heç bir polisdən geri qalmırlar. Həmvətənlərimlə görüşüb-dərdləşməyə, onlara qul olmadıqlarını, bazardan çıxmağa, patent alıb dalandar və ya inşaatçı işləməyə ixtiyarları çatdığını söyləməyə dəfələrlə cəhd etdim. Di gəl, köməkçilərimlə məni oraya buraxmırlar!».

Sharipov-un sözlərinə görə, bu ilin oktyabrında Moskvada miqrantların hüquqlarını müdafiə edən Tacikistan ictimai təşkilatları liderlərinin qurultayı keçiriləcək. Çoxminlik mitinqə də orada qərar veriləcək. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar