Azərbaycanda işsizlərin ən çox olduğu yer Bakıdır

Cari ilin fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 19,9 min nəfər olub, onların 37,3%-ni qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin orta məbləği 216,7 manat olub.

Bundan başqa, ölkə üzrə işsiz şəxslərin sayı 19 922 nəfərdir.

Məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilən şəxslərin bölgələr üzrə sayına gəlincə, paytaxt Bakı bu siyahıda birincidir. Belə ki, Bakıda işsiz statusu olan şəxslərin sayı 9273-dür.

Daha sonra Aran iqtisadi rayonu üzrə 3126, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1332, Abşeron iqtisadi rayonu üzrə 1700, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1155, Lənkəran iqtisadi rayonu üzrə isə 888 nəfər işsiz statusu olan şəxslərdir.

635x100

Şərhlər

nata 2019-02-19 13:17:18

Bilmirsən rəsmi işsizlərin sayina baxıb güləsən,yoxsa real işsizlərin sayına baxıb ağlayasan?Bəlkə sualı siyavuşlara,hadılara,aqillərə,baharlara verək?....

Son yazılar