Bir ayda 66 milyon manat gəlir əldə etmiş 3 şirkət

2019-cu ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunmuşdur.

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Xidmətlərdən əldə edilən gəlirin 44,0 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır. Qeyd edək ki, Azərbaycanda 3 mobil telefon rabitəsi operatoru (Azercell, Azerfon və Bakcell) fəaliyyət göstərir.

635x100

Şərhlər

Yengibar 2019-02-19 13:20:20

Bu tamamilə anormal bir haldır. Hər üç şirkət monopol mövqedən istifadə edərək istehlakçıları talamaqla məşğuldur. 20 il bundan əvvəl aldıqları, azı 20 qat qiymətini çıxardıqları avadanlıqlarla keyfiyyətsiz xidmətlə yanaşı ətraf ölkələrdəkindən baha qiymətlər sırıyırlar.İnternet səviyyəsi çox aşağıdır.Əlacsız istehlakçının alternativ yolu qalmır.Əslində bu kimi müəssisələrdə qiymət formalaşdırılmasına İqtisadi İnkişaf Nazirliyi və Tarif Şurası, yadına düşsə, Nazirlər Kabineti nəzarət etməlidir.

Son yazılar