İki övlad anasını vurub öldürən sürücü yaxalandı

Fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yolu keçmək istəyən qadın piyadanı vuran sürücü yaxalanıb.

Trend-in məlumatına görə, Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını vurub hadisə yerindən qaçan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qasımov İlqar Səfərqulu oğlu tutulub. Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub.

Faktla bağlı Qaradağ RPİ tərəfindən 17.02.2019-cu il tarixində Azərbaycan Respublikası CM-nin 263.2 va 264-cü maddələri ilə cinayət işi başlanıb və sonradan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2 və 364-cü maddələrindən həmin Məcəllənin 263.3, 263-1.3 və 264-cü maddələrinə tövsif edilib.

Qəza nəticəsində ölən şəxsin yaxınlarının Trend-ə verdiyi məlumatda bildirilir ki, Nəzakət Şahverdiyeva iki övlad anası idi. O uzun illər idi uşaqlarını tək böyüdürdü və mart ayında qızına nişan mərasimi keçirəcəkdi.

635x100

Şərhlər

SAFALI 2019-02-19 13:25:42

BALA HEYDER KIMI TANINAN SERQ BAZARININ MUDURNUN OQLU NIHAD NOYABR AYINDA XEZER RAYONUNDA AZYASLINI AVTOMOBILLE VURUB, UŞAQ HƏLAK OLUB, ANCAQ OĞLAN HƏBS EDİLMƏYİB.......... QURTARDI

Son yazılar