Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur.

Qanunun 6-1-ci maddənin mətninin yeni redaksiyasında deyilir: "Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, hazırda əmək pensiyasının minimum məbləği 110 manat təşkil edir.

635x100

Şərhlər

VƏTƏNDAŞ 2019-02-19 13:36:21

yaxşı olardi pensiya islahatları keçirilsin.64 yaşda çixmaq istəyən 10%.2il tez çixmaq isteyen20%.3il qabaq pensiyaya çixmaq isteyen 30% az məbləğlə çixa bilsin yaxud da 100 əmsalitətbiq edilməklə yəni iş staji ilə pensiyaçının yaşı 100 əmsalını verməklə

Son yazılar