"Müxalifyönlü insanlar aktivləşir" - Deputat

“İslahatların tərkib hissəsi olaraq banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə diqqət etmək lazımdır, faiz dərəcələri aşağı salınmalıdır. Bu faizlərlə kredit götürən şəxs sonra çətinliklərlə üzləşir, kreditlərin qaytarılmasında problemlər yaranır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Çingiz Qənizadə deyib.

O bildirib ki, bəzi müxalifyönlü qüvvələr ölkədə aparılan işlərə kölgə salmağa çalışır: “Müxalifyönlü insanların aktivləşməsi ilə bağlı fikirlərə mən də qoşuluram. Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan da ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin gördüyü işlər əhalini keyfiyyətsiz məhsullardan qoruyur. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı yazılan yazıları araşdırsaq, görərik ki, bunun arxasında “leş mafiyası” dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olublar”.

635x100

Şərhlər

Lerikden Mehemmed Hesen emi 2019-02-19 13:52:33

Ebu Sufyan senin... nerde ??? dedi develerimin sirtinda.....

Azərbaycan vətəndaşı 2019-02-19 13:52:33

Laçın işğal olunanda sənin azadlıq radiosuna verdiyin müsahibə indidə mənim qulaqlarımda səslənir.Baxmayaraq ki,bu gün Laçın işğal olunub.Sevindirici haldır ki,Bakıda AXC hkimiyyətə gəlib.O vaxt sən müxalifət idin.AXC hakimiyyəti dövründə Bakı şəhərinin prokuroru idin.

sual 2019-02-19 13:52:33

Cəhbənin vaxtında sən şəhər prokuroru olan sürdüyün ağ 06 jiqulinin baqajnikində bəyəm əti sən daşımırdın mı ki, yaxud Leş mafiyasını elə sizin kimiləri yaratmayıbmı qadan alım?

sarmaz 2019-02-19 13:52:33

Mən bilmirəm sən "adamın" neçə sifəti var.Gah müxalifətçi olursan,gah da... Bəlkə Çingiz İldırım elə sənsən.xalq düşməni.Birdəfəlik sifətini göstər görək sən hansı yuvanın quşusan?

Son yazılar