AFFA İntizam Komitəsi 5 kluba texniki məğlubiyyət verib

Dərc olunub: 19/02/2019 - 14:21

affa-website-bAFFA İntizam Komitəsi 5 kluba texniki məğlubiyyət verib.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, U-12 Liqasının “Şirvanovka” (Qusar) – “Neftçi” İK İB matçında və U-12 Qızlar Liqasının “Keşlə” (Bakı) – “Mil-Muğan” (İmişli) görüşündə meydan sahiblərinin heyətində yetərsay olmadığı üçün hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Neftçi” İK İB (Siyəzən) – “Şahdağ” FK oyununda qonaqlar yaş limitini pozduğuna görə analoji cəza ilə üzləşiblər.

Futzal üzrə Birinci Liqanın “Baku Fans” – “Sovetski” və İkinci Liqanın “Borçalı” – “Gilan” matçlarında qonaqların heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.








loading...


Fikrinizi bildirin