Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyin olundu

Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, F.Şəfiyev əvvəllər Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi işləyib.

635x100

Şərhlər

Sudə 2019-02-19 14:41:23

Məgər, XİN və Baş Məsləhətçiləri bu işlə məşgul olmurlarmı?

yengibar 2019-02-19 14:41:23

Çexiya Azərbaycandan çıxarılan çirkli pulların yerləşdirilməsinə görə ən çox adı hallanan ölkədir.Deyilənə görə şeyxin də orda oteli, hamamı var.....

Son yazılar