"ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər" - Lavrov

"Sədrin belə mövqeyinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx əlaqədə işləyirlər. Onlar Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşdən sonra deyib.

Onun sözlərinə görə, Ermənistanda bu yaxınlarda yeni hökumət formalaşdığını nəzərə alaraq, bu mərhələdə həll proseslərinin nə qədər dərinləşdirilməsinin mümkünlüyünü başa düşmək üçün, təbii ki, bir az əlavə vaxta ehtiyac var.

"Həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər. Qərarlar tərəflər arasında birbaşa danışıqlarda birbaşa söhbət zamanı qəbul edilməlidir", - Rusiya XİN başçısı qeyd edib.

635x100

Şərhlər

Bəhram Qarabaglı 2019-02-19 14:52:26

Həmkar müəllim S.Lavrovun bəyanatı həlli sonsuzluğa uzadan mövqe olsa da, həllə acı münasibəti əks etdirir. Rəsmi Bakıya bu dəfə də olsa yubanmadan həlli öz üzərinə götürməkdən qeyri çıxış yolu qalmır! Qovulub və sayı artıq iki milyonu aşmış ailələri təcili olaraq geriyə-Tolerant Azərbaycanın özünü Hərbiləşmiş Genosid Demokratı-müqəddəratı adlandıran Qarabag bölgəsinə, öz hüquqi ata-baba mülklərinə yerləşdirmək Konstitutsion vəzifəsi artıq üzə durur.

TARİX 2019-02-19 14:52:26

RUSİYANIN DİALOQ YARATMASI GÜLMƏLİDİR .ERMƏNİ LAVROV -KƏLƏNTAROV DİALOQ YARATMAQLA YOX ARANI QARIŞDIRMAQLA MƏŞĞULDUR.CECƏNLƏRLƏ NİYƏ DİALOQ YARATMADIN, XALQIN BAŞİNA OYUN ACDINIZ.UKRAYNA,CÜRCÜSTAN,MOLDAVİYANIN TORPAQLARINI İŞĞAL ETDİNİZ.AZƏRBAYCAN TORPAĞINDA ERMƏNİ FAŞİST DÖVLƏTİ YARADARAQ,QARABAĞ VƏ ƏTRAF RAYONLARI İŞĞAL EDİB ERMƏNİLƏRƏ VERMİSİNİZ. TORPAQLARIMIZIN AZAD OLUNMASINA HƏR VƏCHLƏ MANE OLURSUNUZ. DÜNYA TƏRƏFİNDƏN HAQLI OLARAQ TƏCRİD OLUNMUSUNUZ.

Son yazılar